Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) və onun filiallarında 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu nəticələrinə əsasən, 13 ixtisas üzrə dövlət sifarişi yerlərinə minimal keçid balı 500-dən yuxarı müəyyən edilib.
“Tehsil365”ə bildirilib ki, xüsusilə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında dövlət sifarişli yerlərin formalaşması zamanı həm ADPU-da, həm də bütün filiallarda minimal keçid balı 500-dən yüksək olub.
Bakı şəhəri üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında keçid balı 522,7, tarix müəllimliyi üzrə 506,9, ingilis dili müəllimliyi üzrə isə 553 bal təşkil edib.