2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin (BANM) bütün dövlət sifarişli ixtisaslarına qəbul 600-dən yüksək balla həyata keçirilib.
Məktəbdən “Tehsil365”ə bildirilib ki, ümumilikdə 340 nəfər 600-dən yuxarı nəticə göstərərək BANM-da təhsil almaq hüququ qazanıb. Onlardan 13 nəfər 690–700 bal, 32 nəfər 680–690 bal, 55 nəfər 670–680 bal, 55 nəfər 660–670 bal, 44 nəfər 650–660 bal, 32 nəfər 640–650 bal, 27 nəfər 630–640 bal, 31 nəfər 620–630 bal, 32 nəfər 610–620 bal, 14 nəfər isə 600–610 bal toplayıb.
Qeyd edək ki, bütün ixtisasları 600-dən yüksək balla tələbə qəbul edən yeganə ali məktəb məhz Bakı Ali Neft Məktəbi olub.