2025–2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul nəticələrinə əsasən, Hüquqşünaslıq ixtisası üzrə Dövlət İdarəçilik Akademiyası Azərbaycan bölməsi üzrə keçid balında 655,4 bal toplayaraq ölkə üzrə birinci yeri tutub.
“Tehsil365” xəbər verir ki, akademiyanın rektoru qeyd edib ki, bu uğur tələbələrin yüksək səylərinin və müəllim heyətinin peşəkarlığının nəticəsidir. Hüquqşünaslıq ixtisasına qəbul olan gənclər ölkəmizin hüquq sisteminin inkişafına töhfə verəcək peşəkar kadrlar kimi yetişdiriləcək.
Dövlət İdarəçilik Akademiyası gələcək tədris ilində də yüksək nəticələr əldə etməyi və tələbələrə keyfiyyətli təhsil verməyi hədəfləyir.