Cəlilabadda “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş idman növü üzrə kütləvi idman tədbiri keçirilib.
“Tehsil365” xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahında “İdman hamı üçün” layihəsi çərçivəsində açıq havada sərbəst güləş idman növü üzrə kütləvi idman tədbiri keçirilib.
Tədbirdə 35 nəfər idmançı iştirak edib.