Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və Beyləqan Olimpiya İdman Kompleksinin dəstəyi ilə sərbəst güləş idman növü üzrə Beyləqan rayon turnir keçirilmişdir.
“Tehsil365” xəbər verir ki, turnirin əsas məqsədi yeniyetmə və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, idmançıların yarış təcrübəsini artırmaq, həmçinin idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Yekunda qalib idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.