Peşə Təhsili üzrə Dövlət Agentliyi regionlarda peşə təhsilinin inkişafı istiqamətində yeni layihələr həyata keçirir.
“Tehsil365” xəbər verir ki,2026-cı ilə qədər Quba, Şəki və Lənkəran rayonlarında müasir peşə təhsil mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulur.
Yeni mərkəzlər ən müasir texniki avadanlıqlarla təchiz ediləcək və burada illik olaraq 3 minə yaxın gənc müxtəlif sahələr üzrə peşə bacarıqlarına yiyələnəcək. Əsas diqqət kənd təsərrüfatı, sənaye, logistika və turizm sahələrinə yönəldiləcək.