2024-cü ildə peşə məktəblərini bitirən tələbələrin böyük hissəsi uğurla işlə təmin olunub.
“Tehsil365” xəbər verir ki, Dövlət Agentliyinin açıqladığı statistikaya görə, məzunların 70%-i ixtisasına uyğun iş tapıb.
Ən çox tələbat avtomobil ustaları, aşpazlar, elektrik montyorları və qaynaqçılara olub. Şirkətlər təcrübəli və praktiki bacarıqlara malik kadrların işə qəbulunda maraqlı olduqlarını bildiriblər. Bu nəticə peşə təhsilinə marağın ildən-ilə artdığını göstərir.