Naxçıvan Dövlət Universitetinin Klinik fənnlər və hərbi tibb kafedrasının müəllimi Fariz Məmmədovun müəllifi olduğu “Odlu silah almış hərbi qulluqçularda yekun sağlamlıq vəziyyətinin proqnozlaşdırılması” əsəri Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, əsərin müstəsna hüququ Naxçıvan Dövlət Universitetinə və müəllifə məxsus olmaqla onlara rəsmi Şəhadətnamə təqdim edilib.
Qeyd edək ki, bu, Fariz Məmmədovun 2025-ci ildə aldığı ikinci Şəhadətnamədir.