Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi bu gün başa çatır.
“Tehsil365” xəbər verir ki, mərkəzin məlumatına görə, indiyədək ümumilikdə 21 min 382 elektron ərizə təqdim olunub. Azərbaycan bölməsi üzrə I qrupda 224, II qrupda 458, III qrupda 630, IV qrupda isə 44 ərizə qeydə alınıb. Rus bölməsində isə I qrupda 16, II qrupda 34, III qrupda 98, IV qrupda 13 ərizə qəbul edilib. Beləliklə, ümumi göstəricilər I qrup üzrə 240, II qrup üzrə 492, III qrup üzrə 728, IV qrup üzrə isə 57 ərizə təşkil edib.
Eyni zamanda, tam orta (11 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə V qrup üzrə 7 ərizə daxil olub.
Ümumilikdə, Azərbaycan bölməsi üzrə 19 min 269, rus bölməsi üzrə isə 931 elektron ərizə qeydə alınıb. Beləliklə, ümumi ərizələrin sayı 21 min 200-ə çatıb.