Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ölkə üzrə pedaqoji ixtisaslara ayrılan plan yerlərinin 36 faizi Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarının payına düşür.
“Tehsil365” xəbər verir ki, ADPU pedaqoji kadr hazırlığı üzrə ixtisaslaşmış əsas ali təhsil müəssisəsi olaraq hər il minlərlə abituriyentin seçimində ön sıralarda qərarlaşır.