Təhsil 365 - Logo Mobile

Region məktəblərində təhsil: problemlər və həll yolları barədə – MÜSAHİBƏ

14702.09.2025 - 16:20
Region məktəblərində təhsil: problemlər və həll yolları barədə – MÜSAHİBƏ

Regionlarda təhsilin vəziyyəti, şagirdlərin keyfiyyətli təhsilə çıxışı və müəllim resurslarının səmərəli istifadəsi gündəmdə olan əsas məsələlərdəndir. Təhsil eksperti Məzahir Məmmədli “Tehsil365”-ə müsahibəsində region məktəblərinin maddi-texniki bazası, müəllim potensialı, distant təhsil imkanları və gələcək inkişaf strategiyaları barədə fikirlərini bölüşüb.

“Regionlarda məktəblərin maddi-texniki bazası və infrastrukturunun vəziyyəti ümumi ölkə səviyyəsi ilə müqayisədə geri qalır. Böyük qəsəbələrdə, rayon mərkəzlərində müəyyən standartlara cavab verən laboratoriyalar mövcud olsa da, ucqar kəndlərdə – şagird sayı 150–180 olan məktəblərdə – tədris üçün lazımi şərait təmin olunmur.

Son illərdə aparılan məktəblərin optimallaşdırılması prosesi isə müəyyən müsbət nəticələr verib. Belə ki, şagird sayı 3–50 arasında dəyişən kiçik məktəblər daha böyük təhsil ocaqlarına birləşdirilib və həmin şagirdlərin nəqliyyatla təmin olunması keyfiyyətin yüksəlməsinə təsir göstərib. Əvvəllər 2–3 nəfərlik məktəblərdə tədrisin keyfiyyəti xeyli aşağı səviyyədə idi.

Məsələ ilə bağlı diqqət çəkən digər tərəf müəllim resurslarıdır. Ucqar kəndlərdə işləyən müəllimlərin əksəriyyəti nisbətən aşağı nəticə göstərənlərdir. Şəhərlərdə isə əksinə, yüksək bal toplayan (95–100 bal arası) namizədlər belə ciddi rəqabətlə üzləşirlər. Bu səbəbdən şəhərlə kənd məktəbləri arasında ciddi fərqlər qalmaqdadır.

Bununla yanaşı, son illərdə MİQ imtahanları vasitəsilə işə qəbul edilən gənc və enerjili müəllimlərin sayəsində müəyyən dönüş müşahidə olunur. Təhsil ekspertləri hesab edirlər ki, ucqar bölgələrdə müəllimlərin fəaliyyətini daha da stimullaşdırmaq üçün əlavə imtiyazlar verilməlidir.

Hazırda müəllimlərə nəqliyyat və qalmaq xərcləri üzrə dəstək göstərilsə də, onlar yalnız üç ildən sonra güzəştli ipoteka imkanlarından yararlana bilirlər. Təklif olunur ki, bu cür imtiyazlar müəllim adını alan gündən tətbiq olunsun. Bu, həm gənc müəllimlərin kənddə qalaraq davamlı işləməsinə, həm də həmin ərazilərdə sosial rifahın yaxşılaşmasına şərait yaradacaq”–deyə ekspert vurğulayıb.

Ekspertlərin fikrincə, region müəllimlərinə daha geniş imkanlar təqdim edilməli, onların kəndlərdə işləməklə yanaşı, təsərrüfat qurmaq və sosial rifahını yaxşılaşdırmaq şansı da artırılmalıdır. Bu istiqamətdə rəsmi səviyyədə daha geniş hazırlıq görülməsi təhsilin inkişafı üçün vacib amil hesab olunur.

Fəridə Sadıqzadə

Xəbər Lenti

Qurban Səidin "Əli və Nino" romanı ləzgi dilində çap olunub04.03.2026 - 12:56
“TəhsilPlus” kartları müəllimlərə verilir04.03.2026 - 12:49
İranın Küveytə dron hücumu zamanı 11 yaşlı qız ölüb04.03.2026 - 12:38
Birinci kurs tələbəsinin quruluş verdiyi tamaşanın premyerası olub - FOTOLAR04.03.2026 - 12:27
Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR04.03.2026 - 12:16
Professor Nadir Məmmədli: Bakı Qurultayı türk xalqlarının mədəni birliyinin tarixi təməlidir - FOTO04.03.2026 - 12:05
Sağlamlıq imkanı məhdud olan bu qədər şagird buraxılış imtahanı verəcək04.03.2026 - 11:51
BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” verilib - FOTO04.03.2026 - 11:46
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında 89 nəfər müəyyən edilmiş şərtləri ödəyib04.03.2026 - 11:40
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO04.03.2026 - 11:34
Professor: Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır - FOTO04.03.2026 - 11:27
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik olacaq? 04.03.2026 - 11:20
DİM-də TOEFL iBT imtahanı keçirilib04.03.2026 - 11:10
BMU-nun 8 tələbəsi adlı təqaüdə layiq görülüb - FOTO04.03.2026 - 11:00
Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO04.03.2026 - 10:28
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00
"İmtahan dövründə psixoloji dəstək vacibdir" - Validə Tağıyeva04.03.2026 - 09:55
“Dərslərdə öyrəndiklərim mənə gündəlik həyatda kömək edir” - Yusif Quliyev 04.03.2026 - 09:45
Uşaqların psixoloji sağlamlığı məktəbdə düzgün dəstəkdən asılıdır - Arzu Fərəcova04.03.2026 - 09:35
Azərbaycan Universitetləri - ARAŞDIRMA 04.03.2026 - 09:25
"Məktəb fobiyası uşaqların təhsilinə təsir edir" - Psixoloq Fəridə Qulamova04.03.2026 - 09:15
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal04.03.2026 - 09:05
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR04.03.2026 - 09:02
EATDA-da "ZEISS" şirkətinin təmsilçisi ilə görüş keçirilib04.03.2026 - 09:00
Gözə xeyir olan təbii qidalar04.03.2026 - 08:55
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?04.03.2026 - 08:48
Nazir yeni təyin olunan məktəb direktorları ilə görüşüb04.03.2026 - 08:38
5 dəqiqəlik yuxu sağlamlıq üçün faydalıdır04.03.2026 - 08:30
Bu içkilər yaddaşı möhkəmləndirir04.03.2026 - 08:20
24 saata qripdən sağalmağın qızıl qaydası04.03.2026 - 08:14
"ChatGPT" silinir, istifadəçilər "Claude"a keçirlər04.03.2026 - 08:05
ARTİ-nin üç əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib04.03.2026 - 07:56
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat04.03.2026 - 07:48
Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır?04.03.2026 - 07:40
Sağlamlıq İdmançılar ramazanda necə qidalanmalıdır?04.03.2026 - 07:33
Alimlər ağciyər xərçənginin zəif tərəfini tapıb04.03.2026 - 07:25
Günəşdə nəhəng plazma atılması qeydə alınıb04.03.2026 - 07:16
Bu günün hava proqnozu 04.03.2026 - 07:08
Valideyn Şikayətləri Üçün Yeni Rəqəmsal Platforma Təklif Edilir04.03.2026 - 07:00
Hökumət Geridə Qalan Bölgələrdə Təhsil Nəticələrini Yaxşılaşdırmaq Üçün Yeni Proqramlar Başladır04.03.2026 - 06:36
Məktəblərin Maaş Artımı Məhdud Qalacaq: Təhsil Nazirliyi Hesablamalarını Açıqladı04.03.2026 - 06:18
2008-ci il Ağdərə toqquşması04.03.2026 - 06:00
Elçin Həmidov — Sevilən sənətkarın xatirəsi anılır04.03.2026 - 05:42