Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb ki, 27 avqust - 1 sentyabr 2025-ci il tarixlərində Serbiyanın Novi Sad şəhərində keçirilən paraqüllə atıcılığı üzrə Beynəlxalq Qran-Pri turnirində milli yığmamızın üzvü, Sumqayıt idmançısı Kamran Zeynalov uğurlu nəticə göstərib.
“Tehsil365” xəbər verir ki, paralimpiyaçımız 10 metr məsafədən (P1) atəş açma yarışında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. O, ümumilikdə 236.9 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, Kamran Zeynalov əldə etdiyi bu nailiyyətlə 03–14 sentyabr 2026-cı il tarixlərində Cənubi Koreyanın Çhanvon şəhərində keçiriləcək Dünya çempionatında iştirak üçün lisenziya əldə edib.
İdmançımızın uğurunda böyük pay sahibi olan məşqçisi Əfqan Əhmədovdur.