ADA Universitetində 2025-ci tədris ili üzrə III ixtisas qrupu üzrə ixtisaslara qəbul üçün keçid balları məlum olub.
"Tehsil365” xəbər verir ki, müxtəlif ixtisaslar üzrə aşağıdakı keçid balları müəyyən edilib:
Beynəlxalq münasibətlər (tədris ingilis dilində) — 562.6 bal
Dövlət və ictimai münasibətlər (tədris ingilis dilində) — 604.7 bal
Hüquqşünaslıq (tədris ingilis dilində) — 633.6 bal
Kommunikasiya və rəqəmsal media (tədris ingilis dilində) — 589.2 bal
Qeyd edək ki, ADA Universitetində tədris ingilis dilində aparılır və qəbul zamanı yüksək bal tələbi universitetin akademik göstəriciləri ilə əlaqələndirilir.