Dövlət İmtahan Mərkəzi 2025-ci ilin avqust ayında göstərilən xidmətlərlə bağlı statistik məlumatları açıqlayıb
Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ilin avqust ayı ərzində göstərilən xidmətlərlə bağlı statistik göstəricilər açıqlanıb.
“Tehsil365” xəbər verir ki, hesabat dövrü ərzində imtahanlarda iştirak edən şəxslərin sayı 3 min 292 nəfər olub. Ay ərzində təşkil edilən beynəlxalq imtahanların sayı isə 286-ya çatıb.
Elektron xidmətlərdən istifadə edən vətəndaşların sayı 841 min 820 nəfər təşkil edib. Həmçinin 5 min 21 vətəndaş birbaşa qəbul edilərək müraciətlərinə baxılıb.
Elektron poçt vasitəsilə cavablandırılan müraciətlərin sayı 2 min 500-ə yaxın, sosial şəbəkələr vasitəsilə cavablandırılan müraciətlərin sayı isə 3 mindən artıq olub.
Çatbot sisteminə daxilolmaların sayı 7 min 234 dəfə qeydə alınıb. Eyni zamanda “Abituriyent Məsləhət Mərkəzləri”nə edilən müraciətlərin sayı 7 min 500-dən çox olub.