Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Xaçmaz rayonu, Qımılqışlaq kənd “Çay Evi”ndə Qımılqışlaq kənd həvəskarları arasında nərd şərq masaüstü oyunu üzrə turnir keçirilmişdir.
“Tehsil365” xəbər verir ki, daxili seçim turlarından sonra formalaşmış 16 nəfər 1/8 mərhələsindən mübarizəyə başlayıblar. Yarışda 30-dan 80-dək müxtəlif yaş kateqoriyalarından olan sakinlər iştirak ediblər. Hər bir cütlük 3 xaladək oynayıb. Yarışda müvafiq olaraq Nurəmməd Məmmədseyidov və Sabir Məmmədovu məğlub edən Elxan Qurbanov və Elnur Lalayev finala çıxıblar. Gərgin mübarizə şəraitində keçən həlledici görüşdə 3:2 hesabı ilə Elnur Lalayev qalib gəlmişdir.
Finalçılar və yarımfinal məğlubları QXRGİİ-nin müvafiq dərəcəli diplom və medalları, o cümlədən hər bir iştirakçı sertifikatlarla təltif ediliblər.
Turnirin keçirilməsində məqsəd nərd masaüstü oyununun rayonun kənd və qəsəbələrində kütləviliyinin artırılmasına nail olmaq, o cümlədən rayon birinciliyinə namizədlərin seçilməsindən ibarət olmuşdur.