Təhsil 365 - Logo Mobile

"Səyyar Gənclər Xidməti" Göygöldə start götürdü–FOTO

10103.09.2025 - 08:06
"Səyyar Gənclər Xidməti" Göygöldə start götürdü–FOTO

Səyyar Gənclər Xidməti Göygöldə start götürdü.

“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi Göygöl gənclərini bir araya gətirib. Layihə gənclərin bilik və bacarıqlarının inkişafına, milli dəyərlərə bağlılığının gücləndirilməsinə xidmət edir.

Səyyar Gənclər Xidməti Göygöl gənclərini bir araya gətirdi

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi bu dəfə Göygöl gənclərinin iştirakı ilə uğurla davam etdirilir. Göygöl rayonunda 5 sentyabr tarixinədək baş tutacaq layihə yüzlərlə gəncin bilik, bacarıq və liderlik potensialının inkişafına mühüm töhfə verməklə yanaşı, onların milli dəyərlərə bağlılığını da gücləndirməyi nəzərdə tutur.

“Səyyar Gənclər Xidməti” layihəsinin Göygöldəki açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə İbrahimova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev öz çıxışlarında layihənin dövlətçilik dəyərlərinin qorunması, gənclərin vətənpərvərlik şüurunun gücləndirilməsi və sosial bacarıqlarının artırılması istiqamətində əhəmiyyətli rol oynadığını vurğulayıblar.

Layihə müddətində açıq hava şəraitində iştirakçılar üçün Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, eləcə də Göygöl Peşə Məktəbi ilə tərəfdaşlıq çərçivəsində maarifləndirici təlimlər təşkil edilib. Həmçinin, peşəkar təlimçilər tərəfindən gənclərə ixtisas seçimi, şəxsi və karyera inkişafı, könüllülük fəaliyyəti, süni intellekt texnologiyalarının yaratdığı imkanlar və sağlam həyat tərzi mövzularında sessiyalar keçirilib.

Bununla yanaşı, gənclər “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” adlı müxtəlif zonalarda yaradıcılıq bacarıqlarını və intellektual potensiallarını inkişaf etdirən interaktiv fəaliyyətlərə yönəlmiş vörkşoplar, master-klasslar, intellektual oyunlar, sərgilərdə fəal iştirak ediblər. Komanda işinə əsaslanan fəaliyyətlər, müxtəlif stolüstü oyunlar və digər interaktiv proqramlar gənclərin asudə vaxtlarını daha səmərəli keçirməsinə şərait yaratmaqla yanaşı, onların şəbəkələşmə imkanlarını genişləndirib, ünsiyyət bacarıqlarının möhkəmlənməsinə dəstək olub. Tədbirin sonunda fəallığı ilə seçilən gənclərə motivasiyaedici hədiyyələr təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində reallaşdırılan “Səyyar Gənclər Xidməti” layihəsi dövlətimizin əldə etdiyi tarixi Zəfərin, suverenliyimizin bərpasının və müstəqilliyimizin mahiyyətinin gənc nəsil arasında geniş şəkildə təbliğini hədəfləyir. Layihənin məqsədi həmçinin gənclərin Vətənə sadiq, dövlətçilik ənənələrinə bağlı və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına dəstək göstərmək, eyni zamanda dövlət gənclər siyasəti çərçivəsində təqdim edilən imkanların və həyata keçirilən təşəbbüslərin bölgə gəncləri üçün daha geniş şəkildə əlçatan edilməsini təmin etməkdir.

Xatırladaq ki, cari ilin oktyabr ayının sonunadək ölkənin 15 şəhər və rayonu, o cümlədən ucqar kəndlərindən olan minlərlə gənci əhatə etməsi nəzərdə tutulan Səyyar Gənclər Xidməti Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılır.


Fəridə Sadıqzadə

Xəbər Lenti

Qan Donorluğu – İslamın Xeyirxahlıq Çağırışı və Elm-Təhsilin Ortaq Missiyası16.09.2025 - 14:51
Din Araşdırmaları Jurnalı DOAJ elmi bazasına daxil edilib16.09.2025 - 14:34
NDU “İnnoStart” hakatonunda qalib olub16.09.2025 - 14:30
Nizami Gəncəvi – “Xosrov və Şirin”: eşq və sədaqətin poetik dastanı16.09.2025 - 14:22
İlahiyyat İnstitutunda yeni tədris ilinin başlanması münasibətilə iclas keçirilib16.09.2025 - 14:17
Şabranda məscidlərin fəaliyyəti ilə tanışlıq16.09.2025 - 14:00
Məleykə Abbaszadə: İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir16.09.2025 - 13:50
Qazax-Tovuz regional təhsil idarəsinin tabeliyində 80 təhsil müəssisəsində təmir və tikinti işləri aparılıb16.09.2025 - 13:40
NDU tibb fakültəsi tələbələri gömrük hospitalında təcrübəyə start verib16.09.2025 - 13:30
Şabranda dini icmaların fəaliyyəti ilə bağlı görüş keçirilib16.09.2025 - 13:20
ICESCO-nun Baş direktoru Şuşa məktəbi və Qarabağ Universitetində - FOTOLAR16.09.2025 - 13:10
Peşə təhsilində yeni tədris ili 41 min 429 tələbə ilə başlayıb16.09.2025 - 13:00
Balıqçılıq üçün 4,7 milyard TL-lik yanacaq dəstəyi verildi16.09.2025 - 12:55
Ramin Məmmədov Şabranda “Dəvəçikənd” məscidini ziyarət edib16.09.2025 - 12:40
Kanadada “Diş-göz” əməliyyatı ilə kor insanlar görməyə başlayıb16.09.2025 - 12:34
BƏƏ-də şagirdlərə pulsuz noutbuk veriləcək16.09.2025 - 12:25
Peşə təhsili pilləsində köçürülmə və bərpa prosesinə start verilib16.09.2025 - 12:20
Yeni iPhone, Apple şatch və AirPods Pro təqdim etdi16.09.2025 - 12:09
Cəlilabadda məktəbli sinif yoldaşını öldürüb16.09.2025 - 12:02
Qarabağda məktəblər bərpa olunur – Prezident İlham Əliyevin səfəri zamanı diqqət təhsilə yönəlib16.09.2025 - 12:00
Altı ali məktəb akkreditasiyadan keçib16.09.2025 - 11:40
Günəşlə şarj olunan parlayan bitkilər16.09.2025 - 11:35
Bu ölkələrdə oxuyan tələbələrin diplomları tanınmır16.09.2025 - 11:30
Buraxılış imtahanlarında yenilik olacaq - DİM16.09.2025 - 11:20
Hindistanda məktəb və kolleclər bağlandı16.09.2025 - 11:10
Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanov pedaqoji fəaliyyətini başa vurur16.09.2025 - 11:10
Gecə növbəsi tibb bacılarının yuxu problemləri16.09.2025 - 11:06
İbtidai sinif müəllimlərinin 90%-i peşə imtahanında uğursuz olub16.09.2025 - 10:55
Azərbaycan kinosunun ilk qadın aktrisası İzzət Orucova anılır16.09.2025 - 10:36
Direktorların işə qəbulu qaydalarının detalları açıqlanıb16.09.2025 - 10:29
ABŞ-də Çaqas xəstəliyi endemik elan oluna bilər16.09.2025 - 10:27
ATU-da professor-müəllim heyətinin əməkhaqqı sistemi yenilənir16.09.2025 - 10:15
Sağlamlıq üçün balansın vacibliyi16.09.2025 - 10:01
Əl yazısı insanın xarakterini açır16.09.2025 - 09:52
Tarixdə ən güclü zəlzələ – 1960 Böyük Çili fəlakəti16.09.2025 - 09:41
Müharibə illərində Oscar heykəlcikləri taxtadan hazırlanıb16.09.2025 - 09:31
Misir piramidalarının sirli xüsusiyyətləri maraq doğurur16.09.2025 - 09:21
Obezitenin səbəbləri və qarşısının alınması yolları16.09.2025 - 09:11
İraqda “Ahvar” üzən evləri – su üzərində həyat tərzi16.09.2025 - 09:00
"GəncLİK – Gənc Liderlərin İnkişafı və Karyerası” düşərgəsi yekunlaşıb16.09.2025 - 08:56
Naxçıvan Musiqi Kollecində "Bilik Günü" tədbiri keçirilib16.09.2025 - 08:46
Filippinli balıqçı təsadüfən dünyanın ən böyük mirvarisini tapıb16.09.2025 - 08:36
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başladı16.09.2025 - 08:26
Peşə təhsili müəssisələrində yeni tədris ili başlayıb16.09.2025 - 08:15
"Səhər idmanı" layihəsi çərçivəsində gimnastika üzrə səhər məşqlərinə start verilib16.09.2025 - 08:10
Sabra və Şatilla qaçqın düşərgələrinə hücum edildi16.09.2025 - 08:00
Nazir: "Keyfiyyətli təhsil ucuz başa gələ bilməz"16.09.2025 - 07:48
Ağalıda 12 müəllim yerinə 800-dən çox müraciət olub16.09.2025 - 07:28