Təhsil 365 - Logo Mobile

Avqust: Azərbaycan mədəniyyəti unudulmaz sənətkarlarını itirdi

10303.09.2025 - 11:48
Avqust: Azərbaycan mədəniyyəti unudulmaz sənətkarlarını itirdi

Bu yayın son ayı mədəniyyət sahəsində böyük itkiləri ilə yadda qaldı. Avqustda bir neçə sənətkar, yazıçı, musiqiçi və teatr xadimi dünyadan köçsə də, ölkəmizdə yaradıcı mühitin inkişafına verdikləri töhfələrlə daim xatırlanacaqlar.

“Tehsil365” avqustda itirdiyimiz mədəniyyət xadimləri ilə bağlı qısa xülasəni təqdim edir:

Ayın ilk günü Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verdi. Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 87 yaşında vəfat etdi. Sənətkarla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirildi və o, 1-ci Fəxri xiyabanda dəfn olundu.

1938-ci ildə Ağdamın Sarıhacılı kəndində doğulan xanəndənin yaradıcılığında “Şur”, “Segah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. O xüsusilə “Segah”ı təkrarolunmaz üslubda ifa etməsi ilə yadda qaldı.

Avqustun 2-si Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayevadünyasını dəyişdi. O, 1963-cü ildə Şəki şəhərində anadan olmuşdu. 63 yaşlı aktrisa 45 ilə yaxın Şəki Dövlət Dram Teatrında çalışmışdı.

Xalq yazıçısı Elçin Əfəndiyev də bu ayda itirdiyimiz mədəniyyət xadimlərindən oldu.

Avqustun 3-ü vəfat edən yazıçı ilə növbəti gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında vida mərasimi keçirildi. Elçin 1-ci Fəxri xiyabanda atası, Azərbaycan SSR Xalq yazıçısı İlyas Əfəndiyevin yanında torpağa tapşırıldı.

82 yaşında dünyasını dəyişən Elçin görkəmli yazıçı olmaqla yanaşı nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003) dövlət və ictimai xadim idi. Onun zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının “Qızıl fond”una daxil olub.

Avqustun 13-də isə şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti tapıldı.

1957-ci ildə Masallının Göyçöl kəndində anadan olan şair AYB-nin Natəvan adına klubunun direktoru olub. Bir sıra qəzetlərlə əməkdaşlıq edib.

68 yaşında vəfat edən K. Şükürovun küçədə ölməsi hər kəsi dərindən sarsıtdı.


63 yaşlı yazıçı, prodüser Vüqar Tapdıqlı da bu ayda dünyasını dəyişdi.

Avqustun 14-ü vəfat edən yazıçı 1962-ci ildə Gədəbəydə anadan olub. 1985-2009-cu illərdə Azərbaycan televiziyasında çalışıb, uzun müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri, Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin direktoru olub.

Avqustun 16-sı isə Vidadi Babanlınıitirdik. 98 yaşında dünyasını dəyişən yazıçı doğulduğu Qazax rayonunda dəfn edildi.

“Şöhrət” ordenli yazıçı “Anam sən oldun”, “Dərd məni dinləndirir”, “Öz evində qonaq”, “Mənim gizlinlərim” kimi nəsr əsərlərinin müəllifidir. V. Babanlının “Vicdan susanda”, “Gəlin”, “Ömürlük cəza” adlı məşhur kitabları var.

Bir neçə gün sonra, avqustun 19-da şair Məmməd İsmayıl vəfat etdi.

O, 1939-cu ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdu.

Şair “Ana əlləri”, “Dünyaya baxıram”, “Söz vaxtına çəkər” kimi şeirləri, “Xalq nəğmələri”, “Sazın söz karvanı”, “Yoxun varlığı” kimi kitabları ilə tanınıb.

M. İsmayıl ürək çatışmazlığı və yanaşı xəstəliklərdən əziyyət çəkirdi, ölüm səbəbi isə ağciyər xərçəngi olub.

Bu ayda itirdiyimiz mədəniyyət xadimlərindən sonuncusu isə 86 yaşlı şair Arif Əbdüloğlu (Arif Əbdül oğlu İsmayılov) oldu.

Avqustun 20-si dünyasını dəyişən publisist Prezident İlham Əliyevin 21 iyul 2025-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdu. Onun 2019-cu ildə nəşr olunmuş “Vətəndir sevdiyim, sevildiyim yer”, eləcə də 2024-cü ildə işıq üzü görmüş “Bütövləşən vətənim” kitabları oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb.

Zəhra Əliyeva

Xəbər Lenti

Tailandda təqaüdlə təhsil imkanı18.03.2026 - 15:00
Geomaqnit hava proqnozu açıqlanıb18.03.2026 - 14:46
Budapeştdə Novruz bayramı münasibətilə xeyriyyə yarmarkası təşkil edilib18.03.2026 - 14:36
Möminə xatun türbəsi: Dövlət siyasətinin mədəni irsin qorunmasına növbəti töhfəsi18.03.2026 - 14:25
Görkəmli şair Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb18.03.2026 - 14:05
Gənclər Kitabxanasından Əməkdar incəsənət xadimi Barat Vüsalın 75 illik yubileyinə töhfə18.03.2026 - 13:56
Televiziya aparıcıları tərəfindən xarici sözlərdən istifadə sayında ciddi azalma müşahidə olunur18.03.2026 - 13:46
Novruz - Türk dünyasının birlik və qardaşlıq bayramıdır .18.03.2026 - 13:31
Azərbaycan cüdoçusu: Varşavadakı gümüş medalımı qızıl kimi dəyərləndirirəm18.03.2026 - 13:21
Latviyada Novruz bayramı qeyd olunub18.03.2026 - 13:12
Fəlsəfə doktoru: Novruz bəşəriyyətin ən qədim mərasimlərindən biri hesab olunur18.03.2026 - 13:01
Mart soyqırımı ilə bağlı faktların araşdırılması və arxiv sənədlərinin üzə çıxarılması bu gün də aktualdır18.03.2026 - 12:51
Azərbaycan Universiteti Almatı Menecment Universiteti ilə əməkdaşlığı davam etdirir18.03.2026 - 12:41
Azərbaycanın elmi və mədəni irsi Londonda təqdim olunub18.03.2026 - 12:31
AzTU-da yeni akademik idarəetmə modeli tətbiq edilib18.03.2026 - 12:21
Söz səfərinin sarvanları” - XX əsr Azərbaycan ədəbiyyatına yeni baxış18.03.2026 - 12:10
5 incəsənət məktəbi istifadəyə veriləcək18.03.2026 - 10:33
Nazirlik: Bu il 8 min müəllimin attestasiyası keçirilir18.03.2026 - 10:21
Xəzər dənizində zəlzələ olub18.03.2026 - 10:10
"Düzgün hazırlıq imtahan stressini minimuma endirir” - AÇIQLAMA18.03.2026 - 09:56
“Məktəbdə şeir öyrənmək uşaqların inkişafına necə təsir edir?” - MÜSAHİBƏ18.03.2026 - 09:45
Uşaqlarda stres ömürlük həzm problemlərinə səbəb ola bilər18.03.2026 - 09:35
5-ci siniflər üçün minlərlə dərslik çap olunacaq - FƏNLƏR18.03.2026 - 09:27
Nazir Aqrar Biznes Festivalında iştirak edib18.03.2026 - 09:20
Azərbaycan diasporunun İzmirdəki nümayəndələri Torpaq çərşənbəsini birlikdə qeyd ediblər18.03.2026 - 09:12
Laçında Novruz yarmarkası açılıb18.03.2026 - 09:06
“Həddindən artıq düşünmək psixoloji yorğunluğa səbəb olur” - Aysel Məmmədova 18.03.2026 - 09:00
Tacikistanda Novruz bayramı münasibətilə mədəni tədbirlər keçiriləcək18.03.2026 - 08:55
BDU-da “Akademik yazıya müasir baxış” mövzusunda təlim proqramı başa çatıb18.03.2026 - 08:48
DİM TKT imtahanına qeydiyyat elan edir18.03.2026 - 08:40
“Triqonometriya qorxusu: abituriyentləri çətinliyə salan əsas səbəblər”18.03.2026 - 08:30
Azərbaycan Universiteti Almatı Menecment Universiteti ilə əməkdaşlığı davam etdirir18.03.2026 - 08:23
İnterpol: Süni intellektlə işləyən fırıldaqçılar daha çox qazanırlar18.03.2026 - 08:14
Parisdə Novruz bayramı münasibəti ilə xalça sərgisi açılıb18.03.2026 - 08:05
Meteorit partlayışı ABŞ-nin üç ştatında sakinləri qorxudub18.03.2026 - 07:57
Odlar Yurdu Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib18.03.2026 - 07:50
Aşıq Ələsgər irsi yeni kitabda - “Sarı köynək”18.03.2026 - 07:41
“WhatsApp” qeydiyyatsız çatları test etməyə başlayıb18.03.2026 - 07:31
BDU-nun "Tələbə evi"ndə İlaxır çərşənbə qeyd olunub18.03.2026 - 07:21
Strasburq Universitetinin prezidenti ADNSU və UFAZ-ı yüksək qiymətləndirib18.03.2026 - 07:09
Bu gün hava necə olacaq? - PROQNOZ18.03.2026 - 07:00
Sabah Azərbaycanda 17 dərəcə isti olacaq17.03.2026 - 19:57
Xocalıda torpaq çərşənbəsi münasibətilə bayram tonqalları yandırılıb17.03.2026 - 19:52
Xankəndidə Torpaq çərşənbəsi: Zəfər meydanında bayram tonqalı alovlanıb17.03.2026 - 19:49
Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olub17.03.2026 - 19:44
Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır17.03.2026 - 19:39
Daha bir şəxs elmi dərəcə aldı17.03.2026 - 19:36
Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək17.03.2026 - 19:33