3 sentyabr Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Salyan şəhər Vüqar Hüseynov adına 3 nömrəli uşaq bağçasında azyaşlılar arasında atletika idman növü üzrə əyləncəli idman yarışı keçirilmişdir.
“Tehsil365” xəbər verir ki, tədbirin sonunda atletika idman növü üzrə yarışda ən yaxşı nəticə göstərən uşaqlar Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldı.

