Təhsil 365 - Logo Mobile

Dini təhsilin yenilənməsi üzrə hesabat

10903.09.2025 - 12:51
Dini təhsilin yenilənməsi üzrə hesabat

Hesabata görə, məktəblərdə dini təhsil (RE) fənni din və dünyagörüşü ilə əvəz oluna bilər. Bu dəyişiklik humanizm, ateizm, aqnostisizm və dünyəvi inancları da əhatə etməyi nəzərdə tutur.

“Tehsil365” “The independent”ə istinadən xəbər verir ki, hesabat həmçinin mövzudan geri çəkilmək hüququnun yenidən nəzərdən keçirilməsini tövsiyə edir ki, RE müasir Britaniyanı daha yaxşı əks etdirsin.

Dini Təhsil Komissiyasının tövsiyələri 1970-ci illərdən bəri fəndə ediləcək ən böyük dəyişiklikləri təklif edir. İki illik məsləhətləşmədən sonra komissiya RE-nin müasir Britaniyada həyata uyğunlaşdırılması üçün dəyişdirilməli olduğunu müəyyən edib.

Komissiyanın sədri Dr Con Hall bildirib:

“Britaniyada həyat 1970-ci illərdəki dövrdən çox fərqlidir. O vaxt dini təhsil əsasən xristianlığı əhatə edirdi, indi isə müxtəlif dinlər və inanclar şagirdlər üçün əhəmiyyətlidir. Lakin hazırda bir çox məktəblərdə dini təhsilin keyfiyyəti şagirdləri real dünyadakı inanclarla yetərincə tanış etmək üçün kifayət deyil”.

Hesabatda qeyd olunur ki, RE fənni şagirdlərin müasir Britaniyada həyata hazırlığını təmin etmək üçün gücləndirilməlidir. Fənnin qanun və siyasətlərdə yenilənməsi, həmçinin 16 yaşdan yuxarı tələbələrin əlavə təhsildə bu fənni öyrənmə imkanı da tövsiyə olunur.

Əsas tövsiyə bütün şagirdlər üçün yeni milli hüququn yaradılmasıdır. Komissiya, şagirdlərin öyrənməli olduğu din və dünyagörüşü anlayışlarını da daxil edən doqquz geniş tələbi müəyyən edib. Məktəblərdən hər bir şagirdin fənnə çıxışını təmin etmələri və bu hüquqa necə cavab verdikləri barədə ətraflı bəyanat dərc etmələri tələb olunacaq.

Hesabat həmçinin geri çəkilmək hüququna toxunur. Valideynlərin uşaqlarını RE-dən və kollektiv ibadətdən çəkindirmək hüququ 1870-ci ildən mövcuddur və 1944 və 1988-ci il təhsil aktlarında qanuni olaraq qorunur. Komissiya Təhsil Departamentinə bu hüququn hüquqi çərçivəsini yenidən nəzərdən keçirməyi və valideynlərin seçmə şəkildə geri çəkilmək hüququnun dəqiqləşdirilməsini tövsiyə edir.

RE Milli Müəllimlər Assosiasiyasının sədri Ben Vud bildirib:“Geri çəkilmək hüququndan sui-istifadə edilir və bu, hökumətin birləşdirici cəmiyyət yaratmaq məqsədinə zidd olur. Tövsiyə hökumət prioritetlərini dəstəkləyəcək və bütün şagirdlərə müxtəlif dinlər və dünyagörüşləri haqqında məlumat almaq hüququnu təmin edəcək”.

Komissiya 14 akademik, müəllim və məsləhətçidən ibarət olub, Dr Hall tərəfindən idarə edilir. Tövsiyələr DfE-yə təqdim olunacaq və qanundan kənar təhsil proqramlarının təsdiqi üçün milli səviyyədə bir neçə mütəxəssis tərəfindən hazırlanması nəzərdə tutulur.

Elnarə İslamova

Xəbər Lenti

KƏRKİDƏ NOVRUZ ADƏTLƏRİ 17.03.2026 - 11:58
Hikmət Quliyev: Türk folklorunun sistemli öyrənilməsi və qorunması prioritet məsələlərdəndir17.03.2026 - 11:50
“Səma” rəqs ansamblı “Bahar sevinci” konsert proqramı ilə çıxış edib - FOTO17.03.2026 - 11:46
Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub - FOTO17.03.2026 - 11:35
“Akinak” filmi kinoteatrlarda nümayiş olunacaq17.03.2026 - 11:29
Milli Kitabxanada “Şair - nasir Seyran Səxavət” adlı sərgi açılıb17.03.2026 - 11:18
BDU-da təlim: Fərdi potensialın kəşfi - FOTO17.03.2026 - 11:08
Bahar Gənclik Festivalı ADA icmasını bir araya gətirən və milli dəyərləri yaşadan ənənəyə çevrilib - FOTOLAR17.03.2026 - 10:59
Cənubi Qafqazda təhlükəsizlik Azərbaycan-Ermənistan münasibətləri müstəvisində: tarix və müasirlik - FOTO17.03.2026 - 10:48
Peşə tanınması üzrə imtahan keçirilib17.03.2026 - 10:36
Şirvan-Salyan üzrə RFO-dan finala yüksələnlərin sayı açıqlandı 17.03.2026 - 10:25
Bu müəllimlərinin sertifikasiyası ilə bağlı detallar açıqlandı 17.03.2026 - 10:19
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi17.03.2026 - 10:10
Sabah hava necə olacaq? 17.03.2026 - 09:56
Bu məktəbin şagirdi dərsdən qaçarkən xəsarət aldı 17.03.2026 - 09:40
Sertifikasiyanın keçirilməsi ilə bağlı yeni TƏKLİF17.03.2026 - 09:30
Güclü maqnit qasırğası olacaq17.03.2026 - 09:20
Peşə təhsili alanların sayı bu qədər artıb 17.03.2026 - 09:09
Daha bir şəxs elmi dərəcə aldı17.03.2026 - 08:51
Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək17.03.2026 - 08:42
Microsoft Copilot ilə tədris asanlaşır17.03.2026 - 08:31
Azərbaycanda professor vəfat edib17.03.2026 - 08:22
Elm və Təhsil naziri çərşənbə ilə bağlı paylaşım edib - FOTO17.03.2026 - 08:10
Bayramla bağlı DİN və FHN-dən əhaliyə MÜRACİƏT - VİDEO17.03.2026 - 07:57
ADNSU-da Strateji İnkişaf Planı müzakirə olunub - FOTO17.03.2026 - 07:45
Bu gün hava necə olacaq? 17.03.2026 - 07:32
Bu gün torpaq çərşənbəsidir 17.03.2026 - 07:21
Sumqayıtda sosial iş sahəsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib - FOTOLAR17.03.2026 - 07:11
Azərbaycanın Milli Qəhrəmanı Samir Zülfüqarov – vətən uğrunda şəhid olan gənc qəhrəman17.03.2026 - 07:00
Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov – vətən uğrunda şəhid olan igid17.03.2026 - 06:36
Azərbaycanın Milli Qəhrəmanı Novruz Qurbanov – vətən uğrunda canından keçən igid17.03.2026 - 06:18
Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Məmmədov – vətən uğrunda şəhid olan qəhrəman17.03.2026 - 06:00
Azərbaycanın Milli Qəhrəmanı Dilqəm Nağıyev – vətən uğrunda canından keçən igid17.03.2026 - 05:42
Azərbaycanın Milli Qəhrəmanı Arif Qədiməliyev – vətən uğrunda şəhid olan igid17.03.2026 - 05:18
Azərbaycan ədəbiyyatında tarixi roman ustası – Fərman Kərimzadə17.03.2026 - 05:06
Azərbaycan-türk ictimai fikrinin böyük nümayəndəsi – Əli bəy Hüseynzadə17.03.2026 - 04:54
Azərbaycan peşəkar teatrının banilərindən biri – Hüseyn Ərəblinski17.03.2026 - 04:36
Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi – Mikayıl Rzaquluzadə17.03.2026 - 04:18
Molla Vəli Vidadi – XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi17.03.2026 - 04:00
Müəllimlərə Novruz bayramında veriləcək mükafatın məbləği16.03.2026 - 19:55
​​Aprelin 5-də imtahan keçiriləcək16.03.2026 - 19:48
Ağdam şəhərinin sakinləri üçün bayram konserti keçirilib16.03.2026 - 19:42
Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub16.03.2026 - 19:35
“Vesti.az”ın 17 yaşı tamam olur16.03.2026 - 19:26
Jurnalistlər Bakıda tullantıların idarə olunması sahəsində tətbiq edilən müasir yanaşmalarla tanış olublar 16.03.2026 - 19:20
Məktəblərdə praktiki biliklərin artırılması nə qədər vacibdir?16.03.2026 - 19:15
Ev tapşırıqlarının çox olması şagirdlərin inkişafına mənfi təsir edirmi?16.03.2026 - 19:12
Süni intellekt və texnologiya təhsil sistemini necə dəyişir?16.03.2026 - 19:05