Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbulun II mərhələsi və 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə ixtisas seçiminin nəticələrini elan edib.
Tehsil365 xəbər verir ki, namizədlər nəticələrlə DİM-in rəsmi saytında (www.dim.gov.az) və ya şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.
Qəbul olunan abituriyentlər üçün sənədlərin qəbulu və növbəti mərhələlərlə bağlı əlavə məlumat yaxın günlərdə paylaşılacaq.

