“Tehsil365” İnformasiya Agentliyi jurnalistika sahəsində təcrübə qazanmaq istəyən universitet tələbələri üçün könüllü müxbir proqramına start verib. Layihə informasiya sahəsinə marağı olan gənclər üçün böyük imkanlar yaradır.
Namizədə tələblər:
Jurnalistika, filologiya, tarix, ictimai elmlər və digər sahələr üzrə universitet tələbəsi olmaq (üstünlük verilir);
Yazılı və şifahi ünsiyyət bacarığı;
Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı (digər dillər üstünlükdür);
Məsuliyyətli, təşəbbüskar və operativ olmaq;
Komanda ilə işləmə bacarığı;
Sosial mövzulara həssas yanaşma və vətənpərvərlik ruhu.
İşin təsviri:
Saytda mütəmadi xəbərlərin paylaşımında iştirak;
Müsahibələr götürmək, məqalə və yazılar hazırlamaq;
Foto və video çəkilişlərdə iştirak;
Redaksiya komandası ilə əməkdaşlıq.
Təcrübə imkanları:
Jurnalistika sahəsində təcrübə qazanmaq;
Peşəkar redaktor və jurnalistlərdən öyrənmək;
Sertifikat və tövsiyə məktubu əldə etmək;
Ən fəal könüllülərə xüsusi təşəkkürnamə və gələcək layihələrdə iştirak imkanı.
🕐 İş öyrədilir – əvvəlcədən təcrübə tələb olunmur.
📧 Müraciət üçün: tehsil365@gmail.com
📞 Əlaqə: 0515782695
📅 Son müraciət tarixi: 30 sentyabr

