Təhsil 365 - Logo Mobile

Azərbaycan İlahiyyat İnstitutunun qadın məzunlarının dini təhsilə töhfəsi

8703.09.2025 - 14:55
Azərbaycan İlahiyyat İnstitutunun qadın məzunlarının dini təhsilə töhfəsi

Azərbaycan İlahiyyat İnstitutunun qadın məzunları ölkədə dini təhsil prosesinin təkmilləşdirilməsinə mühüm töhfələr veriblər.

“Tehsil365” “Azərbaycan İlahiyyat İnstitutu”na istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misirin İslam Məsələləri üzrə Ali Şurasının 35-ci Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

“Maarifləndirmədə Qadınların rolu” mövzusuna həsr olunmuş konfransda Ramin Məmmədov ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. Sədr bildirib ki, Azərbaycan qadınları tarix boyu idarəetmə, elm, mədəniyyət və ictimai-siyasi sahələrdə taleyüklü məsələlərin həllinə mühüm töhfələr veriblər. Belə parlaq örnəklərdən biri də ərəb məhcər ədəbiyyatının ən sanballı tədqiqatçısı kimi Misir oxucusuna yaxşı məlum olan ilk azərbaycanlı ərəbşünas qadın, görkəmli şərqşünas alim Aida İmanquliyevadır.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan qadını bu gün də ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev qadınların hüquqlarının qorunmasını və onların cəmiyyət həyatında iştirak imkanlarının genişləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib.

Azərbaycan Birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının ictimai həyatda iştirakının ən yaxşı nümunəsi kimi qəbul olunur. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələr ölkənin inkişafına, cəmiyyətin tərəqqisinə xidmət edir.

Azərbaycanda dini maarifləndirmə prosesində qadınların fəallığının təmin edilməsi istiqamətində aparılan işlər haqqında danışan R.Məmmədov İslamın qadına qazandırdığı hüquq və azadlıqlar barədə düzgün maarifləndirmə işinin təşkili məqsədilə Dövlət Komitəsinin din xadimləri, qadın təşkilatlarının rəhbərləri ilə birgə layihələr həyata keçirdiyini deyib. Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun qadın məzunlarının dini təhsil prosesinin təkmilləşdirilməsinə mühüm töhfələr verdiyini vurğulayıb.

R.Məmmədov Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal altında saxlanıldığı 30 ilə yaxın müddətdə dini-tarixi abidələrimizə, mədəni irs nümunələrimizə qarşı həyata keçirilən vandalizm aktları barədə məlumat verib. Qeyd edib ki, qazanılmış möhtəşəm qələbədən sonra ölkəmiz bütövlükdə regionun tarixində yeni səhifə açacaq sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Komitə sədri vurğulayıb ki, Azərbaycan dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün icmaların dinc yanaşı yaşamasını təmin edən multikulturalizm və tolerantlıq modeli yaratmağa müvəffəq olub.

Dövlət Komitəsinin sədri tədbir çərçivəsində müzakirə edilən mövzuların qadınların maarifləndirmə sahəsindəki fəaliyyətinə dəstək olacağına inamını ifadə edib.

Elnarə İslamova

Xəbər Lenti

Fobiyaların psixoloji əsasları: səbəbləri və inkişafı10.09.2025 - 19:54
İbn Sina - tibbin atası sayılan alim10.09.2025 - 19:44
Ulduz bürclərinin mədəniyyətlərdə yeri və təsiri10.09.2025 - 19:33
Qalileo Qaliley - astronomiya və elmdə inqilab yaradan alim10.09.2025 - 19:23
Abraham Linkoln – ABŞ-da quldarlığa son qoyan prezident10.09.2025 - 19:13
Xenofobiya: yad insanlardan və fərqli mədəniyyətlərdən qorxu10.09.2025 - 19:06
Jung fəlsəfəsində mənalı təsadüf və paralellik anlayışı10.09.2025 - 18:57
Tanatofobiya: ölüm qorxusu və psixoloji aspektlər10.09.2025 - 18:46
Mahatma Qandi: Hindistanın müstəqillik simvolu10.09.2025 - 18:37
Dünyanın ən uca zirvəsi: Everest Dağı 10.09.2025 - 18:29
Sərxoş valideynlərin “qız alveri”: 20 yaşlı oğlan 14 yaşlı qızla nişanlanıb?10.09.2025 - 18:28
Uinston Çörçill: II dünya müharibəsinin qətiyyətli lideri10.09.2025 - 18:22
Gəncədə velosipeddən yıxılan səkkiz yaşlı qız xəstəxanada öldü10.09.2025 - 18:16
Nelson Mandela - irqçilik əleyhinə mübarizənin simvolu10.09.2025 - 18:10
Bakıda uşaq bağçasında şiddət iddiası: valideyn narazılıq etdi10.09.2025 - 18:07
Yol hərəkəti qaydalarının yaranması və inkişaf tarixi10.09.2025 - 18:03
Marian çökəkliyi – dünyanın ən dərin nöqtəsi10.09.2025 - 17:54
Pukyonq Milli Universitetinin tarixi 10.09.2025 - 17:43
Azərbaycan musiqisinin tarixi və inkişaf mərhələsi10.09.2025 - 17:33
İncəsənətdə qadın obrazı: keçmişdən bu günə10.09.2025 - 17:23
Azərbaycan gəncləri dünya robotexnika finalında qızıl və gümüş medallar qazanıblar10.09.2025 - 17:16
Adagio, Allegro, Vivace - italyan musiqi terminlərinin tarixi və istifadəsi10.09.2025 - 17:14
Ulduz tozları və yeni ulduzların yaranması10.09.2025 - 17:04
Şagirdlərin emosional dəstək almadan təhsil almasının nəticələri10.09.2025 - 17:00
“İsgəndərnamə” – Qəhrəmanlıq və ədalət simvolu10.09.2025 - 16:54
Tələbələrin Erasmus proqramlarında iştirakı onların dünyagörüşünü necə dəyişir?10.09.2025 - 16:53
Bakıda 49-cu ICPC Dünya Finalı uğurla başa çatıb10.09.2025 - 16:51
Məktəblərdə STEM layihələrinin uşaqların gələcək peşə seçimlərində rolu10.09.2025 - 16:45
Məktəblərdə müəllimlərin sayı azalıb 10.09.2025 - 16:44
“Keçən ilin son gecəsi” – Zaman, ailə və xatirələrin səmimi portreti10.09.2025 - 16:38
Məktəb psixoloqlarının dəstəyi şagird davranışlarını necə dəyişir?10.09.2025 - 16:34
Şagirdlərin dərs zamanı telefon istifadəsinin öyrənmə prosesinə təsiri10.09.2025 - 16:22
“Azərbaycan” – milli qürur və vətən sevgisi10.09.2025 - 16:21
Rəqəmsal platformalarda testlərin effektivliyi10.09.2025 - 16:15
Səfəvi Şah Abbas – dövlətçilikdə islahatçı lider10.09.2025 - 16:10
İmtahan nəticələrinin psixoloji təzyiq altında dəyişməsi tələbələrin öyrənmə prosesinə təsir göstərir?10.09.2025 - 16:03
ADNSU tələbə və əməkdaşları “Coursera”dan 3400 beynəlxalq sertifikat əldə edib10.09.2025 - 16:02
Nəsimi poeziyasında insanın ucalığı və ilahi eşq10.09.2025 - 16:00
Məktəbli şagirdlərin yazı üslubunun inkişafı üçün müxtəlif metodların tətbiqi10.09.2025 - 15:55
“Vətən” – insan varlığının dayağı10.09.2025 - 15:42
Şagirdlərin ev tapşırıqlarına yanaşması fənn nəticələrinə birbaşa təsir göstərir?10.09.2025 - 15:42
Tələbələrin dərs zamanı qeydlər aparma vərdişlərinin nəticələri10.09.2025 - 15:34
Tədris mühitində motivasiya üsullarının effektivliyi10.09.2025 - 15:25
“1984” – Azadlığın yox olduğu bir dünya10.09.2025 - 15:21
Orta məktəb şagirdlərində liderlik bacarığının inkişaf yolları10.09.2025 - 15:13
“Çevrilmə” – Kafka dünyasında insanın yadlaşması10.09.2025 - 15:00
Məktəblərdə rəsm dərslərinin emosional tarazlıqda rolu10.09.2025 - 15:00
“Azərsun Holdinq” “Məktəbli ləvazimatları” layihəsinə dəstək göstərib10.09.2025 - 14:55