Təhsil 365 - Logo Mobile

Seyid Əzim Şirvani-"Guş qıl, ey ki bilirsən özüvi vaqifi-kar"

8003.09.2025 - 15:10
Seyid Əzim Şirvani-"Guş qıl, ey ki bilirsən özüvi vaqifi-kar"

Seyid Əzim Şirvani Azərbaycan ədəbiyyatının tanınmış şairi və maarifçi yazıçısıdır. O, əsasən vətənpərvərlik, təhsil, əxlaq və sosial ədalət mövzularında əsərlər yazmışdır. Şairin yaradıcılığı xalq arasında maarifçilik ruhunu aşılayan, eyni zamanda mənəvi və əxlaqi dəyərləri ön plana çıxaran nümunələrdir. Seyid Əzim Şirvani həm klassik, həm də modern üslub elementlərini birləşdirərək Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutmuşdur.”Tehsil365” əsərlərindən birini təqdim edir.

Guş qıl, ey ki bilirsən özüvi vaqifi-kar

Guş qıl, ey ki bilirsən özüvi vaqifi-kar,

Agah ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar,

Nədir ol xüşk olan çubdə bu naleyi-zar –

Ki, sədasından onun qarət olur səbrü qərar,

Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.

Qoymaz ol tarı müğənni niyə ağuşindən,

Düşməz ol xanəbərəndazlərin duşindən,

Huş ilə guş edə hər kimsə, gedər huşindən,

Pənbeyi-qəfləti çək sən dəxi can guşindən,

Ta ki, əsrari-nihanə olasan bərxurdar.

Ləhni-Davudi ilə könlüvü qıl xürrəm sən,

Ərş baminə, gözüm, nəğməni tut sülləm sən,

Olma qal əhli, qıl əmdən özüvi əbkəm sən,

Kəsb elə elmü ədəb feyzin əgər adəmsən,

Fəhm qıl, gör ki, nədir musiqiyü müsiqar.

Tut bərabər dəmi-İsayə müğənni dəmini,

Qılıb ehya özüvi, seyr elə ruh aləmini,

Ziri-qəm olma, eşit nəğmeyi-zilü bəmini,

Çəkmə, aqilsən əgər, dəhri-müxalif qəmini,

Şurə gəl, nəğmə ilə çək qəmi-dünyayə həsar.

Musiqi məclisinin əhli gərək əhli-bəsər,

Ta görə pərdeyi-əsrardə yüz nəqşü süvər,

Kim ki, zövq əhli-degil, anı hesab eylə həcər,

Ləhni-Davud eləməz növi-cəmadatə əsər,

Məni ərbabı edər guş süxən, ey huşyar.

Fəhm qıl, gör ki, nədir çəngü dəfü bərbətü ud,

Nədir onlarda bu ahəngü bu ləhnü bu sürud,

Arif ol, rəmz bil ey mahəsəli-qeybü şühud,

Ud hər ləhzə gəlib şurə deyər: ya məbud,

Tar hər ləhzə gəlib vəcdə deyər: ya səttar.

Zahida, tanrıya bax, məclisi-ürfandır bu,

Tarı əsbabi-mənahi demə, böhtandır bu,

Meyi gör, saqiyə bax, Kövsərü qılmandır bu,

Cümləsi pərtövi-rüxsareyi-sübhandır bu,

Meydə həqq nurunu gör, səhvinə qıl istiğfar.

Ey könül, məhrəmi-raz eyləmə biganələri,

Vermə naəhl əlinə bu dolu peymanələri,

Çək rümuzat ilə zülfi-süxənə şanələri,

Seyyida, Mehdiyə yalvar ki, bu dürdanələri

Eyləsin məclisi-şəhvari-Kərim bəgdə nisar.

Fidan Fətullayeva

Xəbər Lenti

AzMİU-da VII Karyera Sərgisi: kadr seçimi və əməkdaşlıq modeli01.05.2026 - 19:54
Məktəblilər RFO-dan gümüş və bürünc medal qazanıblar01.05.2026 - 19:46
DİM-də işə qəbul imtahanı keçirilib01.05.2026 - 19:38
Kollec tələbələri BMU ilə tanış olublar01.05.2026 - 19:32
Nazir Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 19:25
Dövlət qulluqçuları üçün təlimlər keçirilib01.05.2026 - 19:16
DİM: 326 nəfər imtahana gəlməyib01.05.2026 - 19:08
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək01.05.2026 - 19:00
“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib01.05.2026 - 18:55
“Azərbaycançılıq: tarixdən müasirliyə” layihəsinin icrasına başlanılıb01.05.2026 - 18:54
Xankəndi şəhərində intellektual festival01.05.2026 - 18:53
“Azərbaycan xalçaçılığının inciləri” layihəsi milli irslə bağlı yeni tədqiqatlar təqdim edib01.05.2026 - 18:50
Şəhid kəşfiyyatçıya həsr edilən "Zakirin essesi" filmi təqdim olunub01.05.2026 - 18:48
“Euronews” Azərbaycan cazı haqqında reportaj yayımlayıb01.05.2026 - 18:46
Ölkəmizdə vərəmlə mübarizə tədbirləri gücləndirilir – yeni laboratoriya açılıb01.05.2026 - 18:45
Ankarada “Heydər Əliyev və Türk dünyası” mövzusunda müzakirələr aparılacaq01.05.2026 - 18:40
Bakıda II “Opera Günləri” “Koroğlu” ilə açılacaq, “Otello” ilə yekunlaşacaq01.05.2026 - 18:38
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib01.05.2026 - 18:35
Opera və Balet Teatrı Sumqayıtda qastrol proqramı ilə çıxış edib01.05.2026 - 18:32
ABŞ-də məktəbə bıçaqlı hücum: 5 nəfər yaralandı01.05.2026 - 18:30
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub01.05.2026 - 18:25
Muraz Məmmədov: Son iki ildə attestasiya olunan müəllimlərin 70 faizdən çoxu uğurlu nəticə göstərib01.05.2026 - 18:24
Sabah 26 dərəcə isti olacaq01.05.2026 - 18:20
Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu01.05.2026 - 18:16
Azərbaycanda yeni virus yayılıb? - Açıqlama01.05.2026 - 18:15
Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi01.05.2026 - 18:10
NDU-da “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransı işə başlayıb01.05.2026 - 18:08
Milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza: “Təhlükəsizlik maarifləndirilməsi bağçadan başlamalıdır”01.05.2026 - 18:00
Kompüterdə işləyənlər üçün göz xəstəlikləri riski: Quru göz sindromu və miopiyadan necə qorunmalı?01.05.2026 - 17:55
Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı təşkil edib01.05.2026 - 17:52
Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?01.05.2026 - 17:45
İqtisadiyyat və Humanitar Kollecin tələbələri BMU ilə tanış olublar01.05.2026 - 17:44
ADU-da “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı tələbə-şagird elmi konfransının açılışı olub01.05.2026 - 17:36
Tələbələrin könüllülük proqramında iştirakına dair infosessiya keçirilib01.05.2026 - 17:35
BDU-da təqdimat: Səngəçal karvansarası - Böyük İpək Yolunun unikal abidəsi01.05.2026 - 17:26
LDU ilə Zaqreb Universiteti arasında əməkdaşlıq genişlənir01.05.2026 - 17:25
NDU-nun tələbələri Çində doktorantura təhsili alacaqlar01.05.2026 - 17:15
Aprelin 5-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər 300 bal toplayıb01.05.2026 - 17:14
Professor Nadir Məmmədli: Ana dilinin inkişafı elmi müəssisələrin fəaliyyəti ilə birbaşa bağlıdır01.05.2026 - 17:06
Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır01.05.2026 - 17:05
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri beynəlxalq sertifikat əldə ediblər01.05.2026 - 16:59
“Microsoft”un təhsil rəhbəri: “Copilot” müəllimlərin iş yükünü azaldır01.05.2026 - 16:55
“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib01.05.2026 - 16:45
Kollec tələbələri UNEC-in tədris mühiti ilə tanış olublar01.05.2026 - 16:35
Süni intellektlə 220 minlik dil bazası yaradılıb01.05.2026 - 16:25
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 16:15
“Çağdaş Azərbaycan dilinin aktual problemləri” elmi konfransda müzakirə edilib01.05.2026 - 16:05
Buraxılış imtahanında 8 nəfər maksimum bal toplayıb – SİYAHI01.05.2026 - 15:59