Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 2025-ci il avqustun 16-dan 31-dək olan dövr üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb.
“Tehsil365” xəbər verir ki, hesabat dövründə nazirliyə ümumilikdə 64 628 müraciət daxil olub. Onların 1 114-ü yazılı müraciət, 10 990-ı vətəndaş qəbulu, 13 489-u elektron müraciət, 39 035-i isə çağrı mərkəzləri vasitəsilə qeydə alınıb.
Müraciətlərin əsas mövzuları ali təhsil müəssisəsinə qəbul, peşə təhsili müəssisəsinə qəbul, şagird yerdəyişməsi, məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat, birinci sinfə qəbul və xarici diplomların tanınması ilə bağlı olub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması və səmərəli xidmət göstərilməsi üçün müasir kommunikasiya vasitələrindən geniş istifadə edir.