Təhsil 365 - Logo Mobile

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb

8603.09.2025 - 16:46
2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 22-də 2025/2026-cı tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

“Tehsil365” xəbər verir ki, müsabiqənin nəticələrinə əsasən, 57 min 236 nəfər (o cümlədən 6 min 461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 27 min 956 nəfəri (1 728 subbakalavr daxil olmaqla) dövlət sifarişi əsasında, 29 min 280 nəfəri (4 733 subbakalavr daxil olmaqla) isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Beləliklə, ali təhsil müəssisələrinin qəbul planı 96,27 faiz dolub. Avqustun 28-dən sentyabrın 2-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricinin daha da yüksələcəyi gözlənilir.

Ötən illə müqayisədə tələbə adını qazananların sayı bu il 1 580 nəfər çox olub. Dövlət sifarişi əsasında qəbul olunanların sayı isə 839 nəfər artıb. Son illərdə dövlət sifarişli yerlərin sayının artırılması ödənişsiz təhsil imkanlarının genişlənməsinə səbəb olub.

Plan yerlərinin ən çox dolduğu ixtisas qrupu III qrup olub – burada dolma faizi 99,80 təşkil edib. TC altqrupunda isə plan yerləri tamamilə dolub. II ixtisas qrupunda bu göstərici 98,12 faiz, I qrup üzrə 92,25 faiz, IV və V ixtisas qruplarında isə müvafiq olaraq 95,39 və 96,84 faiz təşkil edib.

Subbakalavrların ən çox qəbul olunduğu sahə də II ixtisas qrupu olub – burada 3 079 nəfər təhsil hüququ qazanıb. I qrup üzrə 2 842, III qrup üzrə isə yalnız abituriyentlər qəbul olunublar.

Ali təhsil müəssisələri üzrə vəziyyət

İlkin mərhələdən sonra tələbə qəbulu aparılan 43 mülki ali təhsil müəssisəsinin 12-də (Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 faiz dolub. Digər 26 ali təhsil müəssisəsində isə dolma faizi 90-dan yuxarı olub.

Ümumilikdə bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı 6 461 nəfərdir ki, bu da ötən ildən 826 nəfər azdır. Subbakalavrların ən çox qəbul olunduğu ali məktəblər Azərbaycan Texnologiya Universiteti (589 nəfər), Mingəçevir Dövlət Universiteti (506 nəfər) və Azərbaycan Dövlət Aqrar Universitetidir (459 nəfər).

Boş qalan plan yerləri və qeydiyyat

Qəbul planında I ixtisas qrupu üzrə 1 549, II qrup üzrə 278, III qrup üzrə 30, IV qrup üzrə 218, V qrup üzrə isə 144 plan yeri boş qalıb. Boş yerlərin müsabiqəsində müəyyən bal tələblərini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər avqustun 28-dən sentyabrın 8-dək portal.edu.az saytında elektron qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlərin qəbul əmrləri ali məktəblərə göndərilməyəcək.

Boş qalan plan yerlərinin siyahısı isə “Abituriyent” jurnalının 7-ci sayında dərc ediləcək.

İlhamə Nurəhmədova

Xəbər Lenti

Holografik texnologiyalar və interaktiv sənət06.09.2025 - 19:56
Ontopolitika: varlıq və siyasi münasibətlərin kəsişməsi06.09.2025 - 19:45
İngiltərədə ilk pulsuz kitabxana fəaliyyətə başlayıb06.09.2025 - 19:37
İqlim dəyişikliyi və heyvanların adaptasiya mexanizmləri06.09.2025 - 19:34
İnsan qərarverməsində intuisiya və məntiqin rolu06.09.2025 - 19:23
Noosfer: insan şüuru və mədəniyyətin planetar təsir sahəsi06.09.2025 - 19:13
Bratislavadakı Gənclər Avropa Çempionatında idmançılarımızdan böyük uğur06.09.2025 - 19:10
Monadiya: Leibniz fəlsəfəsində təklik anlayışı06.09.2025 - 19:04
Sovet İttifaqı Korean Air Lines sərnişin təyyarəsini vurduğunu etiraf edib06.09.2025 - 18:55
Ağcabədidə ailə faciəsi: Qardaş bacısını bıçaqlamaqda şübhəli bilinir06.09.2025 - 18:53
Kairos: zamanın keyfiyyətli və mənalı anı06.09.2025 - 18:50
Azərbaycan idmançıları III Türk Dövlətləri Universiadasında uğurla çıxış edib06.09.2025 - 18:45
Çox ağladıqdan sonra niyə yuxumuz gəlir?06.09.2025 - 18:43
Airbadminton üzrə Avropa çempionatında komandamız ikinci pillədədir06.09.2025 - 18:38
Şakuntala Devi: riyaziyyat dahisi06.09.2025 - 18:32
İstanbulda Neva Şalom sinaqoquna terror hücumu06.09.2025 - 18:30
Autotelik: öz məqsədinə xidmət edən həyat tərzi06.09.2025 - 18:22
Manipulyasiya: insan davranışlarının idarə edilməsi06.09.2025 - 18:13
Yunan fəlsəfəsində "Alethiya" anlayışı nədir? 06.09.2025 - 18:03
Məşhur italyan opera müğənnisi Luçano Pavarotti vəfat edib06.09.2025 - 17:54
Qlobal dünyada düzgün davranış qaydaları 06.09.2025 - 17:53
Beynəlxalq ikili diplom proqramlarında Azərbaycan tələbələrinin iştirakı artır06.09.2025 - 17:47
Daşkəsəndə iki nəfəri bıçaqladılar06.09.2025 - 17:45
Paralel kainat var mı? 06.09.2025 - 17:42
Azərbaycan ədəbiyyatşünası Salman Mümtaz sürgündə vəfat edib06.09.2025 - 17:40
Şamaxı Liseyinin 1-ci sinfinə şagirdlərin qəbulu üzrə müsahibə keçirilib06.09.2025 - 17:35
Meditasiya və beyin dalğaları: şüurun neyroelmi sirlərinə səyahət06.09.2025 - 17:32
Ekstremofil canlılar: ekstrem şəraitdə həyatın sirləri06.09.2025 - 17:21
Ali təhsildə qəbul və təkmilləşdirmə işlərinin statistikası06.09.2025 - 17:14
SSRİ-də “Xalq Artisti” fəxri adı təsis olunub06.09.2025 - 17:11
Latviya Universiteti: Baltikyanı regionun elm və təhsil mərkəzi06.09.2025 - 17:10
Osmanlı sultanı Süleyman Qanuni vəfat edib06.09.2025 - 17:07
Universitet və biznes əməkdaşlığının tələbələr üçün yaratdığı yeni imkanlar 06.09.2025 - 17:00
Xaricdə təhsil almaq istəyən gənclərin qarşısında duran real çətinliklər06.09.2025 - 16:51
Molla Pənah Vaqif-"Bax"06.09.2025 - 16:48
Azərbaycan elmi beynəlxalq platformalarda daha fəal təmsil olunur06.09.2025 - 16:46
Peşə təhsilinə maraq artır: Tələbə qəbulunda 21 faiz artım müşahidə olunub06.09.2025 - 16:41
Gənclərin qərarvermə bacarıqları gələcək həyatlarında necə rol oynayır?06.09.2025 - 16:40
Özünü idarəetmə vərdişlərinin tələbələrə qazandırdıqları06.09.2025 - 16:36
Hikmət Ziya-"Vətənimiz"06.09.2025 - 16:28
Gənclərin natiqlik bacarıqlarını inkişaf etdirməsi06.09.2025 - 16:25
Məktəbdənkənar təhsil sahəsində keçirilən tədbirlərdə on minlərlə şagird iştirak edib06.09.2025 - 16:21
Komanda işini öyrədən proqramların tələbələr üçün əhəmiyyəti06.09.2025 - 16:17
Liderlik təlimlərinin gənclər arasında populyarlaşması06.09.2025 - 16:09
2024-2025 tədris ilində məktəbəqədər təhsil06.09.2025 - 16:06
Vahid Əziz-"İncimə"06.09.2025 - 16:06
Mədəniyyət könüllüləri beynəlxalq arenada ölkəmizi necə tanıdır?06.09.2025 - 16:00
İmişlidə stolüstü tennis idman növü üzrə rayon turniri keçirilib06.09.2025 - 15:57