Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi yekunlaşıb. Qəbul prosesi avqustun 26-dan sentyabrın 2-dək davam edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Tehsil365”ə bildirilib ki, II mərhələdə ümumilikdə 19 min 292 nəfər müraciətçi qeydiyyatdan keçib. Onlar tərəfindən 72 min 597 müraciət daxil olub.
Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul prosesi gənclərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi, praktiki bacarıqlarının artırılması və iş imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.