Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən “Tehsil365”ə bildirilib ki, qəbul planı üzrə yerlərin 98,66 faizi dolub. Yalnız 212 yer (1,34 faiz) boş qalıb.
Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul gənclərin əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnməsinə, həmçinin ali təhsilə gedən yolda əlavə imkanların yaradılmasına xidmət edir.