Heydər liyev Fondunun vitse-prezidenti, IDEA ictimai Birliyinin təsisçisi ve rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirak ediblər.
“Tehsil365”xəbər verir ki, IDEA ictimai Birliyinin təșkilatçılığı ilə keçirilən aksiyada Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) fəal üzvləri də iştirak edib. İməcilik zamanı toplanılan beș tona yaxın tullantı "Təmiz Şəhər"' ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda birgə səylərə cəlb etməkdir.
Növbəti aksiya Viləşçayın Masallı rayonu istisu kəndi ərazisindən keçən hissəsində təşkil olunub. Aksiyada iştirak edən könüllülər arasında AzTU tələbələri də olub,.
Onlar șəxsi sağlamlıq və təhlükəsizliyin qorunması, eləcə də fəaliyyətin daha effektiv təşkil olunması məqsədilə xüsusi geyimlər, əlcəklər və digər zəruri ləvazimatlarla təmin olunub. Toplanan tullantıların ümumi həcmi 1 tona yaxın olub və onların böyük hissəsini birdəfəlik istifadə olunan plastik məhsullar təşkil edib ki, bu tip tullantılar torpaq və su ekosistemini ciddi șəkildə çirkləndirir. Təșkil olunan təmizlik aksiyalar sadəcə tullantıların toplanması ilə məhdudlașmır, eyni zamanda dayanıqlılıq və ekoloji balansın qorunması baxımdan mühüm əhəmiyyət kəsb edir.
IDEA ictimai Birliyi vətəndaşları çimərliklərdə istirahət edərkən ətraf mühitin mühafizəsinə həssas yanașmağa, sahilləri təmiz saxlamağa, tullantıları ətrafa atmamaqla məsuliyyətli davranış sərgiləməyə və yaranmış tullantıları ərazidə qoyub getməməyə çağırır.