Hüseyn Arif tanınmış Azərbaycan şairidir. O, xalqın düşüncə və hisslərini əks etdirən, sadə və səmimi şeirləri ilə sevilmişdir. Şairin yaradıcılığında vətənə məhəbbət, təbiətə vurğunluq, sevgi və insanlıq mövzuları əsas yer tutur. Hüseyn Arif həm də Azərbaycan Yazıçılar Birliyinin sədri olmuş və ədəbiyyatımızın inkişafına böyük töhfə vermişdir.”Tehsil365” Hüseyn Arif yaradıcılığından nümunə təqdim edir.
Analar
Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb, biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar.
…
Dözür hər əzaba o bilə-bilə,
Yaşayır, sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.
Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi, evdə yuxunu,
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.
…
Alnında zamanın açdığı qırış,
Başına qar tökür, qar ələyir qış.
Odun istisindən aralanmamış,
Suyun soyuğundan keçir analar.
…
Özüm də bilmirəm, Hüseyn, niyə
Başımın tüstüsü çəkilir göyə?
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür analar?