Azərbaycan dili və Ədəbiyyat müəllimi Emma İbrahimova müasir gənclərin dini təhsilə yanaşması ilə klassik dövr yanaşmaları arasındakı fərqlər barədə açıqlama verib.
“Tehsil365” xəbər verir ki, “əvvəllər məktəblər və elm ocaqları olmadığı üçün uşaqlar mədrəsələrdə təhsil almağa məcbur idilər. Lakin zaman keçdikcə elmin cəmiyyətin inkişafında rolu artdı və təhsil müəssisələrinə üstünlük verildi. Təhsil və elm hər bir şeyin açarı, bilik və savad olduğu aydın oldu,” – deyə Emma İbrahimova bildirib.
“Bu kimi cərəyanların məktəb mühitinə təsirinin qarşısını almaq üçün dini təhsil məktəblərdən uzaq saxlanılmalıdır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıdığı üçün dini dərslərin məktəblərdə təşkili dövlətin təhsil siyasətinə ziddir,” – müsahibə əlavə edib.
Emma İbrahimova həmçinin vurğulayıb: “Hər bir ölkədə dinə riayət edən insanlar üçün din xadimləri və dini ixtisas üzrə təhsil almaq istəyən gənclər xüsusi dini tədris ocaqlarında öz biliklərini inkişaf etdirməlidirlər, dövlət məktəblərində yox”.