Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunan abituriyentlərin nəticələri açıqlanıb. 2025/2026-cı tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olunanların göstəriciləri əvvəlki illərlə müqayisədə yüksəlib.
“Tehsil365” xəbər verir ki, rəsmi məlumata görə, universitetə qəbul olunanların 82,31 faizi (2219 nəfər) 300-dən, 54,49 faizi (1469 nəfər) 400-dən, 14,05 faizi (380 nəfər) isə 500-dən çox bal toplayıb.
Qeyd edək ki, qəbul olunanlar arasında 5 nəfər 600-dən yuxarı nəticə göstərib. Bundan başqa, daha 5 nəfər beynəlxalq uğurlarına görə müsabiqədənkənar qaydada ADPU-nun tələbəsi adını qazanıb.