Bakı Mühəndislik Universitetinə (BMU) 2025/2026-cı tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu uğurla başa çatıb.
“Tehsil365” xəbər verir ki, rəsmi məlumata görə, birinci mərhələdən sonra universitetin 39 ixtisası üzrə ümumilikdə 2468 nəfər qəbul olunub. Qəbul göstəricilərinə əsasən, IV və V ixtisas qruplarında nəticə 100 faiz, II qrupda 100 faiz, I qrupda isə 92,86 faiz təşkil edib.
Ümumilikdə qəbul olunanların 395 nəfəri 500-dən yuxarı, 53 nəfəri isə 600–700 bal aralığında nəticə göstərib. Həmçinin universiteti seçən abituriyentlərin 56,92 faizi dövlət sifarişi əsasında təhsil alacaq.
BMU-nun rəsmi məlumatına görə, abituriyentlərin elektron qeydiyyat prosesi uğurla davam edir və artıq 90 faizdən çox qəbul olunan şəxs qeydiyyatdan keçib.