Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyətə başladığı dövrdən indiyədək Fonda ümumilikdə 76 min 274 müraciət daxil olub.
“Tehsil365” xəbər verir ki, müraciətlərin 59 min 506-sı (78 faiz) rəsmiləşdirilib, 2 min 265-i (3 faiz) emalda, 1115-i (1,5 faiz) natamam hesab olunub. Ümumilikdə 13 min 388 müraciətə isə (17,5 faiz) imtina cavabı verilib.
Müraciətlər arasında sosial TTK üzrə 20 min 469 nəfər (34 faiz), standart TTK üzrə isə 39 min 37 nəfər (66 faiz) qeydiyyatdan keçib.