Cari il ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə əsasən, Bakı Dövlət Universitetinə (BDU) qəbul olunan abituriyentlər arasında yüksək bal toplayanların sayı üzrə yeni rekord qeydə alınıb.
“Tehsil365” xəbər verir ki, bu il BDU-ya qəbul olan abituriyentlərdən 496 nəfəri 600-dən artıq bal toplayıb. Bu göstərici ali təhsil müəssisəsi üçün son illərin ən yüksək nəticələrindən biri hesab olunur.
Qeyd edək ki, Bakı Dövlət Universiteti ənənəvi olaraq yüksək nəticə göstərən abituriyentlərin əsas seçimlərindən biri olaraq qalır.