Mavi güllər təbiətdə mövcud deyil. Onlar ya süni şəkildə boyanır, ya da gen mühəndisliyi ilə yaradılır. “Tehsil365”xəbər verir ki, mavi gül buna görə “əlçatmaz sevgi”nin rəmzi sayılır və xüsusi tədbirlərdə hədiyyə kimi daha çox seçilir.
Bu səbəbdən mavi gül hədiyyə almaq bir növ unikal və dəyərli hiss kimi qəbul olunur – sanki “imkansızı mümkün etmək” deməkdir.