Tədqiqatlar göstərir ki, bəzi quşlar yatarkən bir gözü açıq saxlaya bilirlər. Bu fenomen “yarım beyin yuxusu” adlanır və quşun beyin yarımkürələrindən biri yuxuda olarkən digər yarımkürəsi aktiv qalır. Beləliklə, quşlar istirahət edərkən ətrafdakı təhlükələrdən xəbərdar ola bilirlər.
“Tehsil365” xəbər verir ki, bu xüsusiyyət əsasən anasular, ördəklər, qazlar və bəzi qartal növləri kimi su quşlarında müşahidə olunur. Bu qabiliyyət quşların sağ qalması üçün həyati əhəmiyyət daşıyır və onların təbii instinktlərinin maraqlı nümunəsidir.