Təhsil 365 - Logo Mobile

Siyavuş Aslan: milli teatr və kino sənətinə töhfələri ilə unudulmaz sənətkar

9005.09.2025 - 10:44
Siyavuş Aslan: milli teatr və kino sənətinə töhfələri ilə unudulmaz sənətkar

Onun milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələri, çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla xarakter səviyyəsinə qaldırdığı obrazları incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyib, eyni zamanda, onu düşündürməyi də bacarıb. Görkəmli sənətkarın təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələri bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirilib. Xalq artisti, unudulmaz sənətkar Siyavuş Aslan yaratdığı obrazlarla cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilib. Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan görkəmli aktyor zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib.

“Tehsil365” xəbər verir ki, bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur.

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Siyavuş Aslan 1958-1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatr, 1984-1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 1994-cü ildə o, Akademik Musiqili Teatra bədii rəhbər təyin edilib. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb. O, həmişə səhnədə öz ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə edib, çıxışlarını teatrsevərlər və kinosevərlər üçün estetik zövq mənbəyinə çevirməyi bacarıb.

Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Siyavuş Aslan həm də məşhur kino ustası olub. Onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşadıb. Siyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbidir.

Onun üçün oynaya bilməyəcəyi rol yox idi. O, “Hamlet”, “Böyük Romul”, “Ax, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Hicran” , “Poçt şöbəsində xəyal”, “Varlı qadın”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz” tamaşalarında, “Ulduz”, “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərində, “Yaşıl eynəkli adam”, “Qaynana əməliyyatı” və digər teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazana bilib.

Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Siyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilib. O, bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “Şərəf”, “Şöhrət” ordenlərinə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

2013-cü ilin iyunun 27-də dünyasını dəyişən unudulmaz sənətkarımız Siyavuş Aslan yaratdığı parlaq obrazlar qalereyası ilə sənətsevərlərin qəlbində, o cümlədən teatrımızın, kinomuzun tarixində əbədi olaraq qalacaq.

Zəhra Əliyeva

Xəbər Lenti

“Güclü gənclik - sağlam gələcək!” devizi ümumfiziki hazırlıq keçirilib08.09.2025 - 19:58
“GəncLİK – gənc liderlərin inkişafı və karyerası” düşərgəsinə başlayıb08.09.2025 - 19:55
Masallı taekvondoçusu ölkə birinciliyində bürünc medal qazanıb08.09.2025 - 19:46
III MDB Oyunlarına hazırlıq: Gəncədə güllə atıcılığı üzrə test yarışı keçirilib08.09.2025 - 19:43
Taekvondo üzrə ölkə birinciliyi: Şirvanlı idmançıların uğuru08.09.2025 - 19:34
ABŞ vətəndaş hüquqları simvolu Ruby Bridges anadan olub08.09.2025 - 19:22
Xalası tərəfindən işgəncəyə məruz qalan 14 yaşlı yeniyetmə Sosial Xidmətlər Agentliyinə təhvil verildi08.09.2025 - 19:21
8 sentyabr 1841-ci il – Çex bəstəkarı Antonín Dvořák dünyaya gəlib08.09.2025 - 19:19
İranda “Qara Cümə” hadisəsi baş verib08.09.2025 - 19:13
Az yaşlı uşaqlara dil bacarıqlarının inkişafında əlavə yardım göstəriləcək08.09.2025 - 19:00
Mikrobiom və insan sağlamlığı: tədqiqatların işığında08.09.2025 - 18:33
Məlumat daşıyan genlər: epigenetika08.09.2025 - 18:22
Sosial fobiya və rəqəmsal dünyanın ikili təsiri08.09.2025 - 18:13
Qrup dinamikası və fərdi davranışın sosial təsirləri08.09.2025 - 18:04
Yeni Amsterdam Nyu York adlandırılıb08.09.2025 - 18:01
Berkşirdə minlərlə şagird hava keyfiyyəti layihəsində iştirak edib08.09.2025 - 18:00
Yeni dərs ili ilə əlaqədar paytaxt marşrutlarına əlavə avtobuslar ayrılır08.09.2025 - 17:54
Machiavelli fəlsəfəsində liderin bacarığı, gücü və effektivliyi08.09.2025 - 17:54
Kolleclərə və universitetlərə II tur portal qeydiyyatı tarixləri açıqlanıb08.09.2025 - 17:50
İnsan qabiliyyətlərinin texnologiya ilə genişlənməsi08.09.2025 - 17:43
Palingenesiya – yenidən doğuş, kosmik və ya ruhani təkrarlanma anlayışı08.09.2025 - 17:32
Uşaqlara oxu öyrədilməsində “aydın istiqamət” çağırışı08.09.2025 - 17:30
Neoplatonizm: mistik fəlsəfədə qarşılıqlı bağlılıq və cütlük08.09.2025 - 17:21
ABŞ Prezidenti Cerald Ford Riçard Niksonu əfv edib08.09.2025 - 17:17
Avtonom dronlar: şəhər və logistika üçün yeni dövr08.09.2025 - 17:11
8 sentyabr 1991-ci il – Azərbaycanda ilk prezident seçkiləri keçirilib08.09.2025 - 17:06
Beyin məşqləri və yaddaş08.09.2025 - 17:05
2000 il əvvəl Afrodisiasda gündəlik həyat necə idi?08.09.2025 - 17:00
Özünüinkişaf seminarlarının tələbələr arasında populyarlığı08.09.2025 - 17:00
Tələbələrdə liderlik bacarıqlarının inkişaf etdirilməsi08.09.2025 - 16:54
İzzəddin Həsənoğlu-"Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər"08.09.2025 - 16:50
Azərbaycanda savadlılıq səviyyəsi 100 faiz təşkil edir08.09.2025 - 16:47
Rəqəmsal bacarıqların tələbələrin gələcək karyerasında rolu08.09.2025 - 16:35
Çingiz Xanın həyat yoldaşı, Moğol İmperiyasının qurulmasında hansı rol oynamışdı?08.09.2025 - 16:30
Debat yarışları tələbələrin analitik təfəkkürünü necə inkişaf etdirir?08.09.2025 - 16:24
Fəzlullah Nəimi-"Necə əfqan etməyim kim, mehribam bunda yox"08.09.2025 - 16:21
İctimai çıxış bacarığınnın tələbələr üçün əhəmiyyəti08.09.2025 - 16:12
“Hüquqşünaslıq” ixtisası üzrə ən yüksək keçid balı 08.09.2025 - 16:09
Böyük Britaniyada ikinci əl məktəb formalarına maraq artır08.09.2025 - 16:00
Şah İsmayıl Xətai-"Gərəkməz"08.09.2025 - 16:00
Universitet klublarında aktiv iştirak edən tələbələrin uğur hekayələri08.09.2025 - 15:53
Xarici tələbələrlə ünsiyyətin yerli tələbələrə təsiri necə formalaşır?08.09.2025 - 15:45
Bu il ən aşağı keçid balı hansı ixtisaslarda olub?08.09.2025 - 15:43
Ali məktəblərə qəbul olunanların qeydiyyat müddəti uzadılıb08.09.2025 - 15:38
Gənclərin beynəlxalq könüllü proqramlara marağı08.09.2025 - 15:30
Bu günədək TTK almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb08.09.2025 - 15:26
Məhəmməd Füzuli-"Aşiq oldum yenə bir tazə güli-rənayə"08.09.2025 - 15:25
Xaricdə təcrübə proqramlarına qatılan gənclərin qazandıqları təcrübələr08.09.2025 - 15:13