Məhəmməd Hadi XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış görkəmli Azərbaycan şairi və maarifçisidir. O, romantik ədəbiyyatın əsas nümayəndələrindən biri kimi azadlıq, milli oyanış və tərəqqi ideyalarını tərənnüm etmişdir. Hadi yaradıcılığında istiqlal arzusu, vətən sevgisi və insan azadlığı ön plandadır. Onun əsərləri Azərbaycan romantizminin inkişafında mühüm rol oynamışdır.”Tehsil365” Məhəmməd Hadi yaradıcılığından nümunə təqdim edir.
Türkün nəğməsi
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
…
Dörd ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə yolunda tökülən qan hədər olmaz,
Qiymətli olan xuni-şəhidan hədər olmaz,
Dul qalmış olan növheyi-nisvan hədər olmaz,
Bax səs sonuna, hikməti-türkan hədər olmaz,
Bədbəxt olan əğfani-yetiman hədər olmaz.
…
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
…
Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik atəşi-dəhhaşe düvəldən
Bir zərrə belə qorxmayırız dəsti-əcəldən,
İstərsə cahan çevrili varsın da təməldən.
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən.
…
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

