Bu gün, 5 sentyabr tarixində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən təşkil edilən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsinin ilk sessiyası baş tutdu.
“Tehsil365” xəbər verir ki, tədbir çərçivəsində 5 animasiya və 3 tələbə filmi olmaqla ümumilikdə 8 film layihəsi Ekspert Şurası və Seçim Komissiyasına təqdim edildi.
Animasiya filmləri:
“Qayıtmışam” – rejissor Rəşad Əfəndiyev
“Kölgəsiz Adamlar” – rejissor Elmar Bayramov
“Eyni Yağışın Altında” – rejissor Kübra Binnətova
“Fazzi: Oyanış” – rejissor Kamal Məmmədov
“Dar Vaxtda” – rejissor Rəşid Ağaməliyev
Tələbə filmləri:
“Qayıtmazlıq Nöqtəsi” – rejissor Yasəmən Məmmədova
“Oyun” – rejissor Mohammad Hossein Alipanahi
“Hipotez” – rejissor Mədinə Vəliyeva
Müsabiqənin yekun nəticələri barədə məlumatlar yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.
İştirak edən hər kəsə uğurlar arzulayırıq!