Lənkəran-Astara regional təhsil idarəsinin təşkilatçılığı ilə məktəb direktorları ilə görüş keçirilib.
Lənkəran-Astara regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, görüşdə Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, idarənin əməkdaşları və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Müzakirələrdə yeni tədris ilində tədrisin keyfiyyətinin artırılması məqsədilə fəaliyyət planının hazırlanması məsələləri diqqət mərkəzində olub. Təhsil müəssisələrinə bu istiqamətdə konkret tapşırıqlar verilib.