Təhsil 365 - Logo Mobile

Peşə təhsilinə maraq artır: Tələbə qəbulunda 21 faiz artım müşahidə olunub

9106.09.2025 - 16:41
Peşə təhsilinə maraq artır: Tələbə qəbulunda 21 faiz artım müşahidə olunub

2024–2025-ci tədris ili üzrə ölkənin 84 peşə təhsili müəssisəsinə 136 ixtisas üzrə aparılan tələbə qəbulu çərçivəsində ümumilikdə 24 min 821 nəfər peşə təhsilinə qəbul olunub. Bu göstərici ötən illə müqayisədə 21 faiz artım deməkdir.

Təhsil Nazirliyindən “Tehsil365”ə bildirilib ki, qəbul olunanların 15 min 890 nəfəri kişi, 8 min 931 nəfəri isə (36 faiz) qadındır. Onlardan 21 min 179 nəfər dövlət sifarişi əsasında, 3 min 642 nəfər isə ödənişli əsaslarla təhsil almağa başlayacaq.

İlk dəfə olaraq bu il Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron sistem vasitəsilə həyata keçirilib və 453 nəfər qəbul olunub.

Müraciət edənlərin orta yaşı 22, ən gənc namizəd 14, ən yaşlısı isə 69 yaşında olub. Qəbul olunanlar arasında 74 nəfər ali, 244 nəfər isə orta ixtisas təhsilli şəxs, eləcə də 66 xarici vətəndaş yer alır.

Son dörd ildə dövlət sifarişi ilə ayrılmış yerlərin sayı əhəmiyyətli dərəcədə artaraq 64 faiz yüksəlib. Belə ki, 2021–2022-ci tədris ilində bu rəqəm 14 min 160 nəfər olduğu halda, cari tədris ilində 23 min 185 nəfərə çatıb.

Dual peşə təhsilinə maraq artır

2024–2025-ci tədris ilində 25 peşə təhsili müəssisəsində 110-dan artıq işəgötürənlə əməkdaşlıq çərçivəsində 70 qrup üzrə 1273 nəfər dual peşə təhsili proqramına qəbul olunub. Bu göstərici ötən illə müqayisədə 46 faiz artım deməkdir. Proqram 16 regionda – Bakı ilə yanaşı Zaqatala, Balakən, Biləsuvar, Cəlilabad, Gəncə, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Lənkəran, Neftçala, Saatlı, Sumqayıt və Şəki şəhər və rayonlarını əhatə edir. Dual proqram çərçivəsində ümumilikdə 30 ixtisas üzrə tədris həyata keçirilir.

Yüksək texniki peşə təhsilinə qəbul davam edir

Cari tədris ilində yüksək texniki peşə təhsili səviyyəsində 19 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib. Bu səviyyədə təhsil almaq hüququ qazananların sayı 2453 nəfər olub. Qeyd edək ki, 2024-cü ildə bu pilləni başa vuran 281 məzundan 148-i (52,7 faiz) ali təhsil müəssisələrinə imtahansız qəbul olunub.

Təhsilin bərpası və köçürülmə xidmətlərinə maraq

2024–2025-ci tədris ilinin birinci yarımilində “Təhsilin bərpası” xidməti üzrə 125 nəfər müraciət edib, onlardan 56 nəfərin təhsil müəssisələrinə bərpası həyata keçirilib. “Təhsilalanların köçürülməsi” xidməti çərçivəsində isə 53 müraciətdən 24-nə müsbət cavab verilib.

Qarabağda peşə təhsili infrastrukturunun genişləndirilməsi davam edir

Qarabağ iqtisadi rayonunda peşə təhsili infrastrukturu sürətlə bərpa olunur. Füzuli Peşə Təhsil Mərkəzinin 700 nəfərlik yeni binasının tikintisi davam edir. Burada müasir əmək bazarının tələblərinə uyğun olaraq təyyarə və uçan aparat mühərrikləri üzrə mexanik, pilotsuz uçuş aparatlarının təmiri üzrə texnik, yerüstü aviasiya avadanlıqları üzrə mexanik və digər qabaqcıl ixtisasların tədrisi nəzərdə tutulur.

İlhamə Nurəhmədova

Xəbər Lenti

327 nömrəli tam orta məktəbin direktoru işdən çıxıb09.09.2025 - 19:56
Bolqarıstanda kommunist çevrilişi ilə yeni dövr başladı09.09.2025 - 19:48
Şəhər və insan psixologiyası: urbanizmin təsiri09.09.2025 - 19:36
Popkulturada mifin dəyişən üzləri09.09.2025 - 19:27
Super-qida və sağlam həyat: hər yaş üçün faydalar09.09.2025 - 19:15
Roma legionlarının məğlubiyyəti tarixə yazıldı09.09.2025 - 19:08
Rəqəmsal dövrdə tənhalıq: sosial şəbəkələrin insan əlaqələrinə təsiri09.09.2025 - 19:05
Gəncədə azyaşlıya seksual zorakılıq edən 58 yaşlı kişi həbs edildi09.09.2025 - 18:54
Hansı kitab janrları daha çox oxunur?09.09.2025 - 18:52
Arvadından boşanan 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz etdi09.09.2025 - 18:51
Mingəçevirdə məktəblilər arasında dava düşdü09.09.2025 - 18:45
Ulduzların həyat dövrü: doğuluşdan supernovaya qədər09.09.2025 - 18:43
Musiqidə diaqonal, leitmotiv və variasiya anlayışları09.09.2025 - 18:32
Azərbaycan xalça naxışlarında rəng və simvolika09.09.2025 - 18:22
İkinci Qarabağ Müharibəsi konteksti09.09.2025 - 18:19
Saatlıda üzgüçülük idman növü üzrə rayon turniri keçirilib09.09.2025 - 18:13
Zərdabda yeniyetmə və gənclər arasında qol güləşi üzrə nümunəvi çıxışlar keçirilib09.09.2025 - 18:09
Sabirabad rayonunda “Marafon" futbol klubunun nümayəndə heyəti ilə görüş keçirilib09.09.2025 - 18:05
Qubada “Xarıbülbül” şəhid və qazi övladları üçün yay düşərgəsi başlayıb09.09.2025 - 18:04
ADNSU-da bu ilin keçid balları açıqlanıb09.09.2025 - 17:58
OpenAI ChatGPT üçün valideyn nəzarəti xüsusiyyətlərini təqdim edir09.09.2025 - 17:55
Nietzsche fəlsəfəsində “yeni insan” və özünü aşan varlıq anlayışı09.09.2025 - 17:54
Qafqaz İslam Ordusu Bakının azad edilməsi üçün fəal hazırlıq aparır09.09.2025 - 17:48
Rənglərin psixoloji təsiri09.09.2025 - 17:43
Onlar 600-dən yüksək balla Azərbaycan Dövlət Pedaqoji Universitetini seçdilər09.09.2025 - 17:41
Kaliforniya ABŞ-ın 31-ci ştatı olub09.09.2025 - 17:33
Ritm və metrum - müxtəlif mədəniyyətlərdə ritmik quruluşun fərqləri09.09.2025 - 17:32
Şest Virginia-da məktəb peyvəndlərinə dini istisnalar tətbiq olundu09.09.2025 - 17:25
Venesiyanın simvolu olan Aslan heykəli Çindən gətirilib 09.09.2025 - 17:21
Müəyyən dövrün ruhu, mədəni və fəlsəfi əhval-ruhiyyəsi09.09.2025 - 17:21
1776-cı il sentyabrın 9-da ABŞ rəsmi adını qəbul edib09.09.2025 - 17:17
Qədim dövrlərdə mağara rəsmlərinin insan həyatında rolu09.09.2025 - 17:13
Musiqidə dissonans və konsonans anlayışlarının inkişafı09.09.2025 - 17:03
Biodiversitet böhranı: Altıncı kütləvi məhvolma təhlükəsi09.09.2025 - 17:00
Gənclərin təhsil almaq üçün xaricə üz tutmasının əsas səbəbləri09.09.2025 - 17:00
Təhsil prosesində interaktiv oyunların istifadəsi09.09.2025 - 16:54
Mikayıl Müşfiq-"Ağ dənizdə fırtına"09.09.2025 - 16:47
Tələbələrin mütaliə vərdişlərinin peşə seçimlərində rolu09.09.2025 - 16:45
İngiltərədə məktəbə davamiyyətin uşaqların psixi sağlamlığına təsiri09.09.2025 - 16:38
Rəqəmsal platformaların abituriyent hazırlığında effektivliyi09.09.2025 - 16:34
Aşıq Ələsgər-"Gördüm"09.09.2025 - 16:34
Dərslərdə musiqi istifadəsinin şagirdlərin diqqətinə təsiri09.09.2025 - 16:22
ABŞ və Böyük Britaniyada təhsil nəticələri ilə bağlı yeni statistika açıqlanıb09.09.2025 - 16:17
Aşıq Alı-"Dağlar"09.09.2025 - 16:14
Məktəblərdə inklüziv təhsil mühitinin şagirdlərə təsiri09.09.2025 - 16:00
Aşıq Abbas Tufarqarlı-"Dərd ayağından"09.09.2025 - 15:51
Tələbələrin sosial fəaliyyətlərdə iştirakı təhsilə münasibətlərinə necə təsir edir?09.09.2025 - 15:48
Xüsusi təhsil xidmətlərinin çatışmazlığı valideynləri evdə həbs hissinə saldı09.09.2025 - 15:41