Sentyabrın 5-də Astara rayon Mərkəzi Kitabxanasında Azərbaycan Müasir Ədəbiyyatının yazıçısı,tanınmış yazıçı-publisist,maraqlı romanların və çoxsaylı hekayələrin müəllifi,Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadənin seçilmiş əsərlərindən ibarət l cild kitabının təqdimatı keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Hacı Qəni Camalzadə,yeni yazarlar və Sənətçilər İcma Birliyinin Sədri Aydın Xan Əbilov, Astara Tarix Diyarşünaslıq muzeyinin direktoru Şahin Əliyev, Astara rayon MKS-nin direktoru-əvəzi Emil Baxşıyev və əməkdaşları, rayon ziyalıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Astara rayon MKS-nin direktoru-əvəzi Emil Baxşıyev açaraq bildirib ki, 1956-ci ildə Lerik rayonunda dünyaya göz açmış Hacı Qəni Camalzadə Politexnik İnstitunun bitirib.Bütün bu illər ərzində ədəbiyyatla məşqul olub.Maraqlı romanlar,çoxlu hekayələrin müəllifidir.Qarabağ müharibəsi iştirakçısıdır.Döyüş yolunda ilhamlanaraq çoxlu əsərlər qələmə almışdır.Bu gün seçilmiş əsərlərindən ibarət kitabının oxucularla ilk görüşüdür.Bizdə kitabxana ailəsi olaraq bu kitabları oxuculara tanıtmağı özümüzə borc bilirik.
Yazıçı Hacı Qəni Camalzadə kitabının təqdim edərək vurğulayıb ki,seçilmiş əsərlərinin birinci cildində toplanan hekayələrin əksəriyyəti müxtəlif illərdə dövrü mətbuatda dərc olunub.Həm incə yomur,həmdə kəskin sarkazmla yazılan hekayələrin süjetləri real həyat həqiqətlərinə söykənir.Hətta alleqorik nağıllarında dair həyatilik var.İnanıram ki,oxucularla yeni görüşü olan bu kitabım maraqla qarşılanacaq və sevilərək oxunacaq.
Çıxışlarda ziyalıların dilindən döyüş ruhlu yazıçımız,müasir həyatda rast gəldiyi çətinliklərdən,onların dövrü-zaman,sosial ədalət,ailə dəyərləri haqqında düşüncələrindən bəhs etdiyini,insanın şəxsiyyətinə toxunmadan,onu alçaltmaq, yomur hissi ilə sevərək tənqid edən Hacı Qəni Camalzadə haqqında xoş ifadələr səsləndiriblər.
Yekunda yazar imzası ilə kitabxananın kitab fonduna yeni kitabımı hədiyyə edib.