SentyabrKonfransı çərçivəsində Lənkəran-Astara regional təhsil idarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin təhsil işçiləri ilə panel müzakirələr təşkil olunub.
Lənkəran-Astara regional rəhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik xidmət proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, idarə və sektor rəhbərləri, həmçinin məktəb direktorları iştirak ediblər.
Müzakirələrdə ötən tədris ilinin nəticələri, mövcud problemlər və onların həlli yolları, tədrisin keyfiyyətinin artırılması məsələləri diqqət mərkəzində olub.
Bununla yanaşı, şagirdlərdə rəqəmsal bacarıqların inkişafı, dərsə davamiyyətin yaxşılaşdırılması, oxuyub-anlama və riyazi təfəkkürün gücləndirilməsi, təlim-tərbiyə prosesində valideynlərin rolunun artırılması kimi mövzular da müzakirə edilib.
Panel müzakirələrinin əsas məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini müəyyənləşdirmək və 2025-2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaq olub.