Quba, Qusar və Xaçmaz rayonlarından məktəblərin qoşulduğu “Zəfərin uşaqları ilə oxu marafonu” layihəsi çərçivəsində müəllim və kitabxanaçı heyəti ilə məlumatlandırıcı görüş keçirilib.
Quba-Xaçmaz regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbir Quba rayonu Alekseyevka kənd tam orta məktəbində baş tutub.
Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı və QİAD-ın tərəfdaşlığı ilə həyata keçirilir. Görüşdə nəşriyyat rəhbərləri, yazıçılar və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndələri çıxış ediblər.
Müsabiqəyə 6 məktəbdən 108 müəllim və 300 şagird cəlb olunacaq. Marafonun məqsədi oxu vərdişlərini inkişaf etdirmək, Zəfərin 5-ci ildönümü münasibətilə vətənpərvərlik ruhunu gücləndirmək və milli-mənəvi dəyərləri təbliğ etməkdir.