Təhsil 365 - Logo Mobile

2024–2025-ci tədris ilində 12 ali təhsil müəssisəsində akkreditasiya qiymətləndirilməsi aparılıb

10307.09.2025 - 16:19
2024–2025-ci tədris ilində 12 ali təhsil müəssisəsində akkreditasiya qiymətləndirilməsi aparılıb

2024–2025-ci tədris ili üzrə ölkə üzrə 12 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Qrafikə uyğun olaraq, Naxçıvan Dövlət Universiteti, Azərbaycan İdman Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Odlar Yurdu Universiteti, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında institusional akkreditasiya qiymətləndirilməsi, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı və Bakı Dövlət Universitetinin Qazax filialında isə təkrar institusional akkreditasiya qiymətləndirilməsi aparılıb.

“Tehsil365” xəbər verir ki, proqram akkreditasiyası çərçivəsində 11 ATM-də (“Azərbaycan Dövlət Pedaqoji Universiteti” və onun Ağcabədi, Quba, Cəlilabad və Şəki filialları, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti, Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti) “İbtidai sinif müəllimliyi” ixtisası, 7 ATM-də isə (“Azərbaycan Dövlət Pedaqoji Universiteti” və onun Ağcabədi, Quba, Şəki və Cəlilabad filialları, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti) “Məktəbəqədər təhsil” ixtisası üzrə qiymətləndirmə aparılıb.

Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2024–2025-ci tədris ilindən etibarən 5 il müddətinə institusional akkreditasiyadan keçməsi barədə qərar qəbul olunub. Gəncə Dövlət Universitetinin mövcud akkreditasiya şəhadətnaməsinin müddəti isə 2 il uzadılıb və 1 ildən sonra təkrar akkreditasiya olunması qərara alınıb.

Eyni iclasda dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsi üzrə (Azərbaycan Dövlət Pedaqoji Universiteti – Corc Vaşinqton Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti – Ege Universiteti, Bakı Mühəndislik Universiteti – İNHA Universiteti, ADA Universiteti – Corc Vaşinqton Universiteti) 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi yekunlaşdırılıb.

Şuranın həmin iclasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Gəncə Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda “İbtidai sinif müəllimliyi” ixtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsinin nəticələri də müzakirə olunaraq qərara alınıb.

Bundan əlavə, Azərbaycan Memarlıq və İnşaat Universitetində bakalavriat səviyyəsində “İnşaat mühəndisliyi” və “Nəqliyyat tikintisi mühəndisliyi”, magistratura səviyyəsində “İnşaat mühəndisliyi” ixtisaslarının; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavriat səviyyəsində “Operator sənəti”, “Aktyor sənəti” və “Teatrşünaslıq” ixtisaslarının; Azərbaycan İdman Akademiyasında isə bakalavriat səviyyəsində “İdman menecmenti və kommunikasiya”, magistratura səviyyəsində “İdman tibbi və reabilitasiya” və “İdman menecmenti” ixtisaslarının beynəlxalq proqram akkreditasiya nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib.

İlhamə Nurəhmədova

Xəbər Lenti

İbn Sina - tibbin atası sayılan alim10.09.2025 - 19:44
Ulduz bürclərinin mədəniyyətlərdə yeri və təsiri10.09.2025 - 19:33
Qalileo Qaliley - astronomiya və elmdə inqilab yaradan alim10.09.2025 - 19:23
Abraham Linkoln – ABŞ-da quldarlığa son qoyan prezident10.09.2025 - 19:13
Xenofobiya: yad insanlardan və fərqli mədəniyyətlərdən qorxu10.09.2025 - 19:06
Jung fəlsəfəsində mənalı təsadüf və paralellik anlayışı10.09.2025 - 18:57
Tanatofobiya: ölüm qorxusu və psixoloji aspektlər10.09.2025 - 18:46
Mahatma Qandi: Hindistanın müstəqillik simvolu10.09.2025 - 18:37
Dünyanın ən uca zirvəsi: Everest Dağı 10.09.2025 - 18:29
Sərxoş valideynlərin “qız alveri”: 20 yaşlı oğlan 14 yaşlı qızla nişanlanıb?10.09.2025 - 18:28
Uinston Çörçill: II dünya müharibəsinin qətiyyətli lideri10.09.2025 - 18:22
Gəncədə velosipeddən yıxılan səkkiz yaşlı qız xəstəxanada öldü10.09.2025 - 18:16
Nelson Mandela - irqçilik əleyhinə mübarizənin simvolu10.09.2025 - 18:10
Bakıda uşaq bağçasında şiddət iddiası: valideyn narazılıq etdi10.09.2025 - 18:07
Yol hərəkəti qaydalarının yaranması və inkişaf tarixi10.09.2025 - 18:03
Marian çökəkliyi – dünyanın ən dərin nöqtəsi10.09.2025 - 17:54
Pukyonq Milli Universitetinin tarixi 10.09.2025 - 17:43
Azərbaycan musiqisinin tarixi və inkişaf mərhələsi10.09.2025 - 17:33
İncəsənətdə qadın obrazı: keçmişdən bu günə10.09.2025 - 17:23
Azərbaycan gəncləri dünya robotexnika finalında qızıl və gümüş medallar qazanıblar10.09.2025 - 17:16
Adagio, Allegro, Vivace - italyan musiqi terminlərinin tarixi və istifadəsi10.09.2025 - 17:14
Ulduz tozları və yeni ulduzların yaranması10.09.2025 - 17:04
Şagirdlərin emosional dəstək almadan təhsil almasının nəticələri10.09.2025 - 17:00
“İsgəndərnamə” – Qəhrəmanlıq və ədalət simvolu10.09.2025 - 16:54
Tələbələrin Erasmus proqramlarında iştirakı onların dünyagörüşünü necə dəyişir?10.09.2025 - 16:53
Bakıda 49-cu ICPC Dünya Finalı uğurla başa çatıb10.09.2025 - 16:51
Məktəblərdə STEM layihələrinin uşaqların gələcək peşə seçimlərində rolu10.09.2025 - 16:45
Məktəblərdə müəllimlərin sayı azalıb 10.09.2025 - 16:44
“Keçən ilin son gecəsi” – Zaman, ailə və xatirələrin səmimi portreti10.09.2025 - 16:38
Məktəb psixoloqlarının dəstəyi şagird davranışlarını necə dəyişir?10.09.2025 - 16:34
Şagirdlərin dərs zamanı telefon istifadəsinin öyrənmə prosesinə təsiri10.09.2025 - 16:22
“Azərbaycan” – milli qürur və vətən sevgisi10.09.2025 - 16:21
Rəqəmsal platformalarda testlərin effektivliyi10.09.2025 - 16:15
Səfəvi Şah Abbas – dövlətçilikdə islahatçı lider10.09.2025 - 16:10
İmtahan nəticələrinin psixoloji təzyiq altında dəyişməsi tələbələrin öyrənmə prosesinə təsir göstərir?10.09.2025 - 16:03
ADNSU tələbə və əməkdaşları “Coursera”dan 3400 beynəlxalq sertifikat əldə edib10.09.2025 - 16:02
Nəsimi poeziyasında insanın ucalığı və ilahi eşq10.09.2025 - 16:00
Məktəbli şagirdlərin yazı üslubunun inkişafı üçün müxtəlif metodların tətbiqi10.09.2025 - 15:55
Şagirdlərin ev tapşırıqlarına yanaşması fənn nəticələrinə birbaşa təsir göstərir?10.09.2025 - 15:42
“Vətən” – insan varlığının dayağı10.09.2025 - 15:42
Tələbələrin dərs zamanı qeydlər aparma vərdişlərinin nəticələri10.09.2025 - 15:34
Tədris mühitində motivasiya üsullarının effektivliyi10.09.2025 - 15:25
“1984” – Azadlığın yox olduğu bir dünya10.09.2025 - 15:21
Orta məktəb şagirdlərində liderlik bacarığının inkişaf yolları10.09.2025 - 15:13
“Çevrilmə” – Kafka dünyasında insanın yadlaşması10.09.2025 - 15:00
Məktəblərdə rəsm dərslərinin emosional tarazlıqda rolu10.09.2025 - 15:00
“Azərsun Holdinq” “Məktəbli ləvazimatları” layihəsinə dəstək göstərib10.09.2025 - 14:55
Franz Kafka – Ədəbiyyatda tənhalığın və qorxunun səsi10.09.2025 - 14:43