Naxçıvan Dövlət Universiteti tibb fakültəsində xarici professor heyəti ictimaiyyətə təqdim edilib.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, fakültəyə dəvət olunmuş professorlar arasında İstanbul Universiteti-Cerrahpaşa, İzmir Ege, Iğdır və Erciyes Universitetlərinin tanınmış alimləri yer alır.
Təqdim olunan heyətdə Sarper Erdoğan, Ömer Küçükbasmacı, Erdal Polat, Ercument Karasulu, Meliha Ekinci, Raşit Cevizci, Muhittin Kulak, Gökhan Ünal və Emre Özgenç kimi professorlar və dosentlər yer alıb. Onlar müxtəlif sahələr üzrə, o cümlədən LOR cərrahiyyəsi və fələsəfə üzrə təcrübə və biliklərini Naxçıvan Dövlət Universiteti tələbələri ilə paylaşacaqlar.
Bu təşəbbüs tələbələrin beynəlxalq elmi əlaqələrini genişləndirmək, müasir tibb təhsili standartlarına uyğun tədris prosesini zənginləşdirmək məqsədini daşıyır.