Abşeron-Xızı regional təhsil idarəsinin tabeliyindəki məktəblərdə yeni tədris ilinə hazırlıq işləri sürətlə davam edir.
Abșeron - Xızı regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, təhsil müəssisələrində dərsliklərin şagirdlərə vaxtında və düzgün çatdırılması təmin olunur.
Bununla yanaşı, müəllimlərin və inzibati heyətin tədris ilinə hazırlığı da diqqətdə saxlanılır, məktəblərdə tədris prosesinin problemsiz başlaması üçün bütün zəruri tədbirlər görülür. İdarə rəhbərliyi bildirir ki, şagirdlərin dərsliklərlə təmin olunması və tədris keyfiyyətinin yüksəldilməsi prioritet məsələlərdən biridir.