Türkiyənin tanınmış tarixçisi və yazarı Prof. Dr. İlber Ortaylı, 22 sentyabr 2025-ci il tarixində Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında saat 18:00-da keçiriləcək tədbirdə iştirak edəcək.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, Prof. Dr. İlber Ortaylı, tarixin cəmiyyətlər üçün əhəmiyyətini vurğulayaraq, “Tarixi bilmək təkcə keçmişi öyrənmək deyil, bir millətin seçimlərini yaşatmaqdan ibarətdir. Tarixini bilməyən cəmiyyətlərin keçmişi, vaddaşı olmayan cəmiyyətlərin gələcəyi yoxdur” deyə qeyd edib.
Tədbirə giriş sərbəstdir və tarixə marağı olan hər kəsin iştirak etməsi tövsiyə olunur.