Təhsil 365 - Logo Mobile

Firidun bəy Köçərli – Millətin maarif və ədəbiyyat fədaisi

7908.09.2025 - 14:20
Firidun bəy Köçərli – Millətin maarif və ədəbiyyat fədaisi

Ömrünün 40 ilini xalqının maariflənməsi və tərəqqisi yolunda sərf edən Firidun bəy Köçərli Azərbaycan ədəbi fikir tarixində müstəsna xidmətləri ilə xatırlanır. O, nəzəriyyəçi, tərcüməçi, pedaqoq, maarifçi, teatr və mətbuat qurucusu, həm də böyük vətəndaş kimi yaddaşlarda yaşayır.”Tehsil365” ətraflı məlumatı təqdim edir.

1863-cü il yanvarın 26-da Şuşada doğulan Firidun bəy ibtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində almış, daha sonra Qori Müəllimlər Seminariyasında oxumuşdur (1879–1885). Seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasında dərs demiş, burada həm pedaqoq, həm də mədəniyyət xadimi kimi fəaliyyət göstərmişdir. İrəvanda ilk teatr tamaşalarını təşkil etmiş, ədəbi məclislər qurmuş, Puşkin, Lermontov, Koltsov kimi klassiklərin əsərlərini Azərbaycan dilinə çevirmişdir. Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” əsərini rus dilinə ilk dəfə məhz o tərcümə etmişdir.

1895–1918-ci illərdə Qori Müəllimlər Seminariyasında dərs demiş, 1910-cu ildə isə Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı olmuşdur. Onun səyləri nəticəsində Qazaxda Müəllimlər Seminariyası açılmışdır.

Köçərli klassik Azərbaycan ədəbiyyatını dərindən araşdıraraq Füzuli, Vaqif, Zakir, Seyid Əzim kimi şairlər haqqında qiymətli oçerklər yazmış, Axundzadə, Məmmədquluzadə, Sabir və Çəmənzəminli barədə ədəbi-tənqidi məqalələr qələmə almışdır. Onun “Azərbaycan ədəbiyyatı” əsəri bu gün də ədəbiyyatşünaslığımızın əsas qaynaqlarındandır.

Firidun bəyin maarifçilik fəaliyyətini qəbul etməyən erməni millətçiləri onu 57 yaşında məkrli şəkildə qətlə yetirmişlər. Lakin onun arzuları və əməlləri millət yaddaşında yaşayır. Ölümündən sonra 1925–1926-cı illərdə “Azərbaycan ədəbiyyatı tarixi materialları” kitabı, uşaqlar üçün yazdığı “Balalara hədiyyə” əsəri isə dəfələrlə çap olunmuşdur.

Alimin irsi ilk dəfə 1957-ci ildən Bəkir Nəbiyev tərəfindən araşdırılmış, 1967-ci ildən Respublika Uşaq Kitabxanası onun adını daşıyır. 2013-cü ildə isə anadan olmasının 150 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunmuşdur.

Firidun bəy Köçərli – xalqın maarif işığında yanan böyük ziyalı, ömrünü millətinə həsr edən fədakar bir şəxsiyyət olaraq daim ehtiramla anılır.

Fidan Fətullayeva

Xəbər Lenti

Fobiyaların psixoloji əsasları: səbəbləri və inkişafı10.09.2025 - 19:54
İbn Sina - tibbin atası sayılan alim10.09.2025 - 19:44
Ulduz bürclərinin mədəniyyətlərdə yeri və təsiri10.09.2025 - 19:33
Qalileo Qaliley - astronomiya və elmdə inqilab yaradan alim10.09.2025 - 19:23
Abraham Linkoln – ABŞ-da quldarlığa son qoyan prezident10.09.2025 - 19:13
Xenofobiya: yad insanlardan və fərqli mədəniyyətlərdən qorxu10.09.2025 - 19:06
Jung fəlsəfəsində mənalı təsadüf və paralellik anlayışı10.09.2025 - 18:57
Tanatofobiya: ölüm qorxusu və psixoloji aspektlər10.09.2025 - 18:46
Mahatma Qandi: Hindistanın müstəqillik simvolu10.09.2025 - 18:37
Dünyanın ən uca zirvəsi: Everest Dağı 10.09.2025 - 18:29
Sərxoş valideynlərin “qız alveri”: 20 yaşlı oğlan 14 yaşlı qızla nişanlanıb?10.09.2025 - 18:28
Uinston Çörçill: II dünya müharibəsinin qətiyyətli lideri10.09.2025 - 18:22
Gəncədə velosipeddən yıxılan səkkiz yaşlı qız xəstəxanada öldü10.09.2025 - 18:16
Nelson Mandela - irqçilik əleyhinə mübarizənin simvolu10.09.2025 - 18:10
Bakıda uşaq bağçasında şiddət iddiası: valideyn narazılıq etdi10.09.2025 - 18:07
Yol hərəkəti qaydalarının yaranması və inkişaf tarixi10.09.2025 - 18:03
Marian çökəkliyi – dünyanın ən dərin nöqtəsi10.09.2025 - 17:54
Pukyonq Milli Universitetinin tarixi 10.09.2025 - 17:43
Azərbaycan musiqisinin tarixi və inkişaf mərhələsi10.09.2025 - 17:33
İncəsənətdə qadın obrazı: keçmişdən bu günə10.09.2025 - 17:23
Azərbaycan gəncləri dünya robotexnika finalında qızıl və gümüş medallar qazanıblar10.09.2025 - 17:16
Adagio, Allegro, Vivace - italyan musiqi terminlərinin tarixi və istifadəsi10.09.2025 - 17:14
Ulduz tozları və yeni ulduzların yaranması10.09.2025 - 17:04
Şagirdlərin emosional dəstək almadan təhsil almasının nəticələri10.09.2025 - 17:00
“İsgəndərnamə” – Qəhrəmanlıq və ədalət simvolu10.09.2025 - 16:54
Tələbələrin Erasmus proqramlarında iştirakı onların dünyagörüşünü necə dəyişir?10.09.2025 - 16:53
Bakıda 49-cu ICPC Dünya Finalı uğurla başa çatıb10.09.2025 - 16:51
Məktəblərdə STEM layihələrinin uşaqların gələcək peşə seçimlərində rolu10.09.2025 - 16:45
Məktəblərdə müəllimlərin sayı azalıb 10.09.2025 - 16:44
“Keçən ilin son gecəsi” – Zaman, ailə və xatirələrin səmimi portreti10.09.2025 - 16:38
Məktəb psixoloqlarının dəstəyi şagird davranışlarını necə dəyişir?10.09.2025 - 16:34
Şagirdlərin dərs zamanı telefon istifadəsinin öyrənmə prosesinə təsiri10.09.2025 - 16:22
“Azərbaycan” – milli qürur və vətən sevgisi10.09.2025 - 16:21
Rəqəmsal platformalarda testlərin effektivliyi10.09.2025 - 16:15
Səfəvi Şah Abbas – dövlətçilikdə islahatçı lider10.09.2025 - 16:10
İmtahan nəticələrinin psixoloji təzyiq altında dəyişməsi tələbələrin öyrənmə prosesinə təsir göstərir?10.09.2025 - 16:03
ADNSU tələbə və əməkdaşları “Coursera”dan 3400 beynəlxalq sertifikat əldə edib10.09.2025 - 16:02
Nəsimi poeziyasında insanın ucalığı və ilahi eşq10.09.2025 - 16:00
Məktəbli şagirdlərin yazı üslubunun inkişafı üçün müxtəlif metodların tətbiqi10.09.2025 - 15:55
Şagirdlərin ev tapşırıqlarına yanaşması fənn nəticələrinə birbaşa təsir göstərir?10.09.2025 - 15:42
“Vətən” – insan varlığının dayağı10.09.2025 - 15:42
Tələbələrin dərs zamanı qeydlər aparma vərdişlərinin nəticələri10.09.2025 - 15:34
Tədris mühitində motivasiya üsullarının effektivliyi10.09.2025 - 15:25
“1984” – Azadlığın yox olduğu bir dünya10.09.2025 - 15:21
Orta məktəb şagirdlərində liderlik bacarığının inkişaf yolları10.09.2025 - 15:13
Məktəblərdə rəsm dərslərinin emosional tarazlıqda rolu10.09.2025 - 15:00
“Çevrilmə” – Kafka dünyasında insanın yadlaşması10.09.2025 - 15:00
“Azərsun Holdinq” “Məktəbli ləvazimatları” layihəsinə dəstək göstərib10.09.2025 - 14:55