Təhsil 365 - Logo Mobile

Uşaqlara dini bilik verilməsində balanslı yanaşma önəmlidir

12208.09.2025 - 14:10
Uşaqlara dini bilik verilməsində balanslı yanaşma önəmlidir

Uşaqlara dini bilik vermək məsələsi müasir Azərbaycan cəmiyyətində həm hüquqi, həm pedaqoji, həm də sosial baxımdan diqqət mərkəzindədir.

Təhsil eksperti Kamran Əsədov “Tehsil365”ə verdiyi açıqlamasında bildirib ki, bu sahədə iki əsas yanaşma mövcuddur: bir tərəfdən valideynlər övladlarına dini bilik vermək hüququna malik olduqlarını iddia edir, digər tərəfdən isə dövlət dini mədəniyyət və tolerantlıq biliklərinin tədrisini əsas vəzifə hesab edir. “Cəmiyyətin dünyəvi dövlət prinsipləri ilə dini dəyərlər arasında tarazlığı qorumaq vacibdir” – deyə o vurğulayıb.

Azərbaycan Respublikasının Konstitusiyası uşaqların dini tərbiyəsində valideynlərin birbaşa söz sahibi olduğunu göstərir. Eyni zamanda, “Təhsil haqqında” Qanun dövlət təhsil sistemində dünyəvilik prinsipini əsas götürür və dini təbliğata qətiyyən yol vermir. Ekspert qeyd edir ki, dövlətin rolu konkret dini doktrinanı öyrətmək yox, dini mədəniyyət və tolerantlıq çərçivəsində bilik verməkdir.

“Dünyada 60-dan çox ölkədə məktəb proqramlarında dinlər tarixi və dini mədəniyyətə aid fənlər yer alır. Məsələn, Almaniyada məktəblərin 70 faizi ‘din’ fənni tədris edir, Fransada isə dini biliklər etik və vətəndaşlıq dərsləri çərçivəsində verilir. Azərbaycanda isə tolerantlıq və multikulturalizm dəyərləri əsas götürülərək dini biliklər tarixi-mədəni kontekstdə təqdim edilməlidir” – deyə Kamran Əsədov bildirib.

Ekspert həmçinin xəbərdarlıq edir ki, dini biliklərin yalnız dövlət tərəfindən verilməsi və ya yalnız valideynlərin üzərinə buraxılması risklər doğura bilər. “Düzgün yanaşma balanslı modeldir: dövlət dini bilikləri mədəniyyət və tarix çərçivəsində öyrədir, valideyn isə dərin dini tərbiyəni evdə verir” – deyə o əlavə edib.

Elm və Təhsil Nazirliyi artıq məktəb proqramlarına “Ümumbəşəri dəyərlər”, “Vətəndaşlıq və hüquq” və “Azərbaycan tarixi” fənləri çərçivəsində dini mədəniyyət mövzularını daxil edib. Bu, uşaqlara həm milli-mədəni dəyərlərini öyrətmək, həm də digər dinlərə qarşı tolerant münasibət formalaşdırmaq baxımından əhəmiyyətlidir.

“Gələcəkdə dini biliklərin ayrı fənn kimi deyil, mövcud fənlərin inteqrasiyasında verilməsi daha məqsədəuyğun olar. Belə olan halda uşaqlar dini bilikləri tarixi, mədəni, fəlsəfi və hüquqi kontekstdə dərk edəcəklər” – deyə ekspert yekun vurğulayıb.

Beləliklə, müsahibin fikrincə, ideal model həm valideynin, həm də dövlətin məsuliyyətinin paylaşılmasında, uşaqların həm dünyəvi təhsil alması, həm də ailə dəyərlərindən uzaqlaşmamasında görünür.

Elnarə İslamova

Xəbər Lenti

Lənkəranda şəhid Samir Allahverdiyevin adına minifutbol meydançası açılıb14.09.2025 - 19:10
Xalq yazıçısı Kamal Abdulla tələbələrlə görüşüb14.09.2025 - 19:00
Sumo üzrə dünya çempionatının rəsmi bayrağı Azərbaycana təqdim olunub14.09.2025 - 18:47
Bakıda Azərbaycan Kommunist Partiyasının (AKP) fövqəladə 33-cü qurultayı keçirilib14.09.2025 - 18:46
Azərbaycan idmançısı Əli Quliyev növbəti qələbəsini qazanıb14.09.2025 - 18:35
Françisko: tarixi bir hadisənin işığında14.09.2025 - 18:30
Akademik Milli Dram Teatrı yeni mövsümü təntənə ilə açıq elan edib14.09.2025 - 18:26
ABŞ-da Beyzbol Liqasının mövsümü vaxtından əvvəl başa çatdırılıb14.09.2025 - 18:23
Qərib Mürşüdov: beynəlxalq tanınmış Azərbaycan alimi14.09.2025 - 18:20
"Freydin sürüşməsi" nə deməkdir? 14.09.2025 - 18:10
Microsoft “Windows Me” təqdim edib14.09.2025 - 18:08
Braziliyanın “İlanlar adası”: dünyanın ən təhlükəli adası14.09.2025 - 18:00
“Gəncə Cup 2025” üzgüçülük yarışına yekun vurulub14.09.2025 - 17:55
Anar Məmmədov Gürcüstan moto yarışının qalibi olub14.09.2025 - 17:50
Kraliça II Elizabetin cənazəsi Westminster Hall-a aparılıb14.09.2025 - 17:43
Astarada “Konstitusiya və Suverenlik ili” çərçivəsində rayon turniri keçirilib14.09.2025 - 17:40
Bitki əsaslı qidalanma ilə xəstəliklərin qarşısının alınması14.09.2025 - 17:35
Müasir rəssamların ənənəvi üslublara münasibəti14.09.2025 - 17:25
786-cı il 14 sentyabrda Abbasilər dövlətində mühüm hadisə baş verib14.09.2025 - 17:16
Rasim Ağayev vəfat etdi14.09.2025 - 17:15
Əzim Əzimzadənin karikatura sənətində sosial tənqid rolu14.09.2025 - 17:15
Fast food və sürətli qidalanmanın uzunmüddətli sağlamlığa təsiri14.09.2025 - 17:05
Roma İmperiyasında taxt dəyişikliyi baş verdi14.09.2025 - 17:01
Mirzə İbrahimovun "Ulduz" romanının təhlili14.09.2025 - 17:00
Gənclərin rəqəmsal mühitdə məlumatı düzgün idarə etmə bacarıqları14.09.2025 - 16:55
Həyatın kiçik anları və mənəviyyat İlyas Əfəndiyevdə14.09.2025 - 16:45
Tələbələr üçün ən faydalı İKT resursları və platformaları14.09.2025 - 16:43
Peşə təhsili müəssisələrini bitirənlərin sayı 14.09.2025 - 16:42
Süni intellektin təhsildə istifadəsi və tələbələr üçün faydaları14.09.2025 - 16:32
Kənd həyatı və insan taleyi Süleyman Rəhimovda:"Saçlı"14.09.2025 - 16:26
Qlobal miqyasda universitet reytinqlərinin dəyişməsi 14.09.2025 - 16:20
Dünyada ən çox tələbə qəbul edən ölkələr14.09.2025 - 16:11
Axundzadədən sosial satira nümunəsi – "Molla İbrahimxəlil kimyagər"14.09.2025 - 16:04
Məktəblərdə latın əlifbasına keçidin tarixi mərhələləri14.09.2025 - 16:00
Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil sahəsində aparılan islahatlar14.09.2025 - 15:56
İnsan və təbiət əlaqəsi İlyas Əfəndiyevin hekayəsində14.09.2025 - 15:42
Azərbaycanda maarifçilik hərəkatının təhsilə təsiri14.09.2025 - 15:41
Stressi azaltmaq üçün nəfəs məşqlərinin rolu14.09.2025 - 15:30
Yuxu çatışmazlığının tələbələrin yaddaşına mənfi təsiri14.09.2025 - 15:22
Saf məhəbbətin tərənnümü – "Fərhad və Şirin"14.09.2025 - 15:21
Son beş ildə tələbələrin ixtisas seçimində müşahidə edilən dəyişikliklər14.09.2025 - 15:15
Xaricdə təhsil alan gənclərin karyera üstünlükləri14.09.2025 - 15:07
Analıq məhəbbətinin tərənnümü – "Ana"14.09.2025 - 15:00
Xaricdə təhsil almış gənclərin vətənə qayıtdıqdan sonrakı adaptasiya prosesi14.09.2025 - 15:00
Avropada bakalavr təhsili almağın əsas üstünlükləri14.09.2025 - 14:52
Maarifçiliyin güclü çağırışı – "Ölülər"14.09.2025 - 14:43
Təkamül: elm təhsilinin dini aspektini nəzərə alaraq onu necə öyrətdiyimizi yenidən düşünməliyik14.09.2025 - 14:40
Onlayn seminarların şəxsi inkişaf üçün yaratdığı imkanlar14.09.2025 - 14:40